Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Qoç bürcü

2008 ili üçün Qoç bürcünə proqnozlar.


Ümumi mənzərə: 2008-ci ildən çox şey gözləyirsiniz. Bu səbəbdən də ötən ilin sonlarından bütün gücünüzü səfərbər etmisiniz. Əgər deyilən istiqamətdə etibarlı və sədaqətli dostlarınız da olubsa, deməli, istəklərinizin çoxuna qovuşacaqsınız.

Ailə və sevgi: Ulduzlar məsləhət görür ki, doğma kəslərinizlə davranışda qaba rəftardan, məsuliyyətsiz addımlardan əl çəkəsiniz. Yalnız bu halda ailə üzvlərinizin, sevdiklərinizin rəğbətini qazana bilərsiniz. Əgər yeni ildə sevdiyinizə qovuşmaq, xeyir iş görmək istəyirsinizsə, Ramazan ayından sonrakı dövrü gözləyin.

Qarşılıqlı münasibətlər: Qarşınıza elə insanlar çıxacaq ki, bunu yalnız arzulamaq olar. Bununla yanaşı, Siçovul sizdən pozulmuş münasibətləri bərpa etməyi, əks cinsdən olanlarla daha yaxın ünsiyyət qurmağı da tələb edir. Özünüzdən böyüklərin məsləhətlərini qulaqardına vurmayın.

Fəaliyyət, karyera və maliyyə: Ötən üç illə müqayisədə 2008-ci il sizə daha böyük uğurlar gətirəcək. İş üslubunuzda köklü dəyişikliklər vəd edən ulduzlar nüfuz dairənizi genişləndirməyə, maddi sərvət toplamağa da yardımçı olacaq. İl ərzində heç bir maddi korluq çəkməyəcək, işsiz qalmayacaqsınız. Rəhbər vəzifədə çalışırsınızsa, işçilərinizə qarşı mərhəmətli olun.

Sağlamlıq və istirahət: Yanvar ayında və fevralın ilk yarısında xəstəliyinizə səbəb ola biləcək bütün neqativliklərdən uzaq olmalısınız. İlk növbədə, əsəblərinizi qoruyun. Təxminən, Novruza qədər bunu bacarsanız, ilin sonuna qədər səhhətinizdə ciddi problem olmayacaq. İyun-iyul ayları istisna olmaqla, il ərzində normal istirahət edə biləcəksiniz.

 


Baxılıb: 325 dəfə Əlavə olunduğu tarix : 3 yanvar 2008