Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Qız bürcü
2008 ili üçün Qız bürcünə proqnozlar.


Ötən illərdə əziyyətləriniz çox olub, amma deməyin ki, heç nə əldə etməmisiniz. Belə ki, bütün çalışmalarınız nəticəsində əsaslı baza, böyük təcrübə qazanmısınız və şans düşən kimi bundan səmərəli şəkildə yararlanacaqsınız. Şanslar isə Siçanla birlikdə gələcək. İlk iki ayı birtəhər yola versəniz, növbəti dövrlər üçün ulduzlar sizə yardımçı olacaqlar.
Bu il hər şeydən öncə maddi firavanlıq əldə edəcəksiniz. Aktivliyinizdən asılı olaraq borclarınızı, pula bağlı problemlərinizi kifayət qədər həll edəcəksiniz. Vəzifə pilləsində yüksəlmək üçünsə ilin ikinci yarısından yararlanın. Göy qübbəsi bu il siyasi arenaya müdaxilənizi, xaricilərlə iş birliyi qurmağınızı məsləhət görmür. Əks təqdirdə hər şey əlinizdə çıxa bilər, hətta məhkəmə qalmaqalları da mümkündür.
Odlu Siçan öz "hakimiyyəti" dövründə qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik və şübhələrinizi xeyli azaldacaq. İş-güc başınızı elə qatacaq ki, şübhə və xofdan, qeybət və dedi-qodudan uzaq düşəcəksiniz. Üstəlik bu il yeni dostlar qazanacaq, az qala unutduğunuz qohumlarınızla doğma əlaqələri bərpa edəcəksiniz. Yeri gəlmişkən, yeni ev almaq (və ya təmir) üçün bu ilin əhəmiyyəti böyük olacaq. Yay aylarında isə mümkün qədər ziyarətgahlara baş çəkin, əgər qurban niyyətiniz varsa, onu gecikdirməyin. Bu, daxili orqanlarınızda mövcud olan xəstəlikləri dəf edə bilər. Toya hazırlaşırsınızsa, ilin ilk yarısını seçin.

Baxılıb: 311 dəfə Əlavə olunduğu tarix : 3 yanvar 2008