|
Xazar`ı Seçilmişlərə əlavə et |
Xazar Qoroskop
| Dolça bürcü |
Ailə və sevgi: Qarşınızda duran ildə sevib-sevilmək üçün Göy qübbəsi sizə meydan hazırlayacaq. Ümumiyyətlə, fevral ayını nəzərə almasaq, bu il ailədə firavanlığa yetişməkdə, sevdiyiniz şəxslərlə daha xoş günlər keçirməkdə şanslarınız çox olacaq. Evlənmək üçün uğurlu vaxt yay ayları və noyabrın ilk ongünlüyüdür. Qarşılıqlı münasibət və dostluq: İl ərzində istənilən qeybətdən, umu-küsüdən, qisasçılıqdan uzaq dursanız, insanların rəğbətini qazana, münasibətləri müsbət müstəviyə keçirə bilərsiniz. Bürcünüzün hakim olduğu müddətdə (21 yanvar-19 fevral) yeni dost və müttəfiqlər qazanacaqsınız. Fəaliyyət, karyera və maliyyə: Fevral ayından etibarən iş prinsipində yeniliklər etmək, karyeraya yetişmək üçün lazım gəlsə, iş yerini də dəyişmək olar. Bu il maddi sıxıntılarınız əriyib-gedəcək. Hər halda, kisənizdə olanlar ilboyu sizi qane edəcək. Sağlamlıq və istirahət: Əgər avtomobiliniz varsa, hər zaman diqqətli olun, xüsusən də fevral və noyabr aylarında. İyun-iyul aylarında isə yaxşıca istirahət edə bilərsiniz. |
| Baxılıb: 395 dəfə | Əlavə olunduğu tarix : 3 yanvar 2008 |
Xazar Qoroskop |
Bürçlərin xarakteristikası |
Yuxuyozma |
Gipnoz |
Sehir (Maqiya) |
Məqalələr (Astralogiya barəsində hər şey) |
Kəsəyən ilinin vədləri
Yeni ailələr, gözəl uşaqlar, kriminal ünsürlər, dəhşətli məhkəmələr, təbii fəlakətlər və... sevgi. >>>
Biznes qoroskop
2007-ci ildə işlərinizin necə olacağını, uğur qazanıb qazanmayacağınızı bilmək üçün - Biznes qoroskopla tanış olun. >>>
Yerdəki ulduzlardan xəbərlər

2008 ili üçün Dolça bürcünə proqnozlar.
Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıq
Xazar Qoroskop
Bürçlərin xarakteristikası
Yuxuyozma
Gipnoz
Sehir
Məqalələr