Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Buğa bürcü

2008 ili üçün Buğa bürcünə proqnozlar.

Ümumi mənzərə: İlin birinci yarısı sizin üçün müəyyən qədər passiv keçə bilər. Qeyd etdiyimiz dövrdə bir fərd kimi həyat bioritminiz zəiflədiyi üçün yalnız növbəti ərəfəyə hazırlaşma mərhələsi yaşayacaqsınız. İlin ikincci yarısında həyatınız mücdələrlə zəngin keçəcək. Bu isə nəhayət ki, ciddi sifətinizə təbəssüm qatacaq.

Ailə və sevgi: Qarşı tərəfin "qaydalarına" riayət etməyiniz vacibdir. Çünki hamı sizin kimi ola bilməsə də, siz hamı kimi ola bilərsiniz. Ailəli "Buğa"lar üçün 2008-ci il daha uğurlu keçəcək. Subaylar isə evlənmək üçün tələsməlidirlər. Bu yönümdə iyun ayından başlayaraq hərəkətə keçmək lazımdır.

Qarşılıqlı münasibət və dostluq: Əsas enercinizi müxtəlif təbəqələrdən olan insanlarla təması dərinləşdirməyə sərf etməlisiniz. Əgər münasibətlərdə ciddi problemlərin yaranmasını istəmirsinizsə, davranışlarınızı reallığa uyğunlaşdırın. Ələlxüsus, apreldən etibarən ətrafınızda sağlam düşüncəli qüvvələri toplamaq üçün şanslarınız artacaq. Təxminən, iyul ayının ortalarından başlayaraq zəhmətinizin bəhrəsini layiqinccə görəcəksiniz.

Fəaliyyət, karyera və maliyyə: Yeni ilə işsiz şəkildə getməsəniz, ciddi çətinlikləriniz olmayacaq. Çünki ilin ilk üç ayında yeni işə düzəlmək üçün şanslarınız olmayacaq. Aprel ayından etibarən fəaliyyətdə sürətli inkişafın şahidi olacaqsınız. Hər hansı bir sövdələşmədən ilk öncə maddi gəlir ummayın, əksinə, işinizin perspektivlərinə əmin olmaq üçün müzakirələri davam etdirin. Bunu bacarsanız, 2008-ci ildən xeyli razı qalacaqsınız.

Sağlamlıq və istirahət: Yanvar və iyul aylarında qidalanma prosesində xırda problemlərinizi nəzərə almasaq, sağlıq durumunuz qənaətbəxş olacaq. Ramazanda oruc tutmağın sizə böyük əhəmiyyəti ola bilər. İstirahətə gəlincə, yayın sonunda və payızın əvvəlində normal dincələ biləcəksiniz.


Baxılıb: 442 dəfə Əlavə olunduğu tarix : 3 yanvar 2008