Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Əkizlər bürcü

2008 ili üçün Əkizlər bürcünə proqnozlar.

Ümumi mənzərə: Qarşıda duran ildə çoxsaylı sınaqlardan çıxmağı bacaracaqsınız. Əsas vəzifəniz təcrübəli insanlarla bir araya gəlməkdir. Bütün sahələrdə öz məsuliyyətinizi dərk etməli, gələcəyiniz üçün təhlükə törədə biləcək risklərə girməməlisiniz. Astroloci göstəricilər çətin durumlarda Tanrıya sığınmağı, ağzıdualı olmağı tövsiyə edir.

Ailə və sevgi: İl ərzində ailə-sevgi münasibətlərinə daha məsuliyyətlə yanaşmalı, soyuqluq yarada bilən ən xırda səhlənkarlıqdan da uzaq olmalısınız. İlin ilk yarısında hər hansı hərdəmxəyallığınız, qeyri-ciddi yanaşmanız münasibətləri korlaya bilər. Sonrakı müddətdə evlilər firavanlığa, subaylar isə sevdiklərinə qovuşacaqlar.

Qarşılıqlı münasibət və dostluq: Ünsiyyətdə olduğunuz şəxslərdə qüsur axtarmağa çalışmayın. Əgər dediklərimizə qulaq assanız (xüsusilə yanvar və fevral aylarında), ortaya təzə dostlarınız çıxacaq, köhnələr isə mövcud problemlərinizin aradan qaldırılmasında xeyli rol oynayacaqlar. Yay aylarında və Ramazan ərəfəsində əks-cinsdən olanlarla ehtiyatlı davranın.

Fəaliyyət, karyera və maliyyə: İlk iki ayda həmkarlarınızla, rəhbərliklə münasibətləri qoruyun ki, fəaliyyətinizə zərbə dəyməsin. Bunun öhdəsindən gəlsəniz, ilin qalan vaxtlarında işləriniz yağ kimi gedəcək. Ümumiyyətlə, bütün astroloci göstəricilər fəaliyyət müstəvisində bu vaxta qədər görmədiyiniz uğurlara yetişəcəyinizdən xəbər verir.

Sağlamlıq və istirahət: Bu il sağlıq durumunuz kifayət qədər qaydasına düşəcək. Yazın sonunda qidalanma sisteminizdə müayinəyə ehtiyacınız olacaq. Əlavə enerci əldə etmək üçün yay aylarında əyalətlərimizdə istirahət edin.


Baxılıb: 315 dəfə Əlavə olunduğu tarix : 3 yanvar 2008