Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Şir bürcü

2008 ili üçün Şir bürcünə proqnozlar.


Ümumi mənzərə: Qarşınızda həlledici bir il durub və bütün perspektivlər öz seçiminizdən asılı olacaq. Yanvar-mart aralığında böyük sınaqlar gözlənilsə də, potensial enerjiniz bu dövrü itkisiz başa vuracağınıza kömək edə bilər. Əmin olun ki, ötən on ilin ağrı-acılarını, boşluqlarını bu il aradan qaldırmağa gücünüz yetəcək.

Ailə və sevgi: Mürəkkəb hadisələrin zəngin olduğu Siçovul ilində sevgi məsələləri bir qədər arxa plana keçə bilər. Buna baxmayaraq, münasibətləri heç olmasa köhnə qaydada saxlamalısınız. Ümumiyyətlə, ailə-sevgi münasibətlərində dözümlü olsanız, iyundan etibarən bütün neqativliklər arxada qalacaq. Xeyir iş görmək fikriniz varsa, bunu yayın sonlarına təyin edin.


Qarşılıqlı münasibət və dostluq: İstər dostluqda, istərsə də əməkdaşlıqda bəzi insanları çıxdaş etməli, daha etibarlı, daha bacarıqlı və daha sədaqətli insanlarla bir araya gəlməlisiniz. Bir qayda olaraq sizin çoxlu sayda, həm də istəkli dostlarınız olur. Bu siyahı qarşıda duran dövrdə bir az da artacaq.

Fəaliyyət, karyera və maliyyə: Yeni ildə dayanmadan işləməli, maraqlı və güclü tərəflərlə əlaqələr qurmalısınız. Mart ayından işgüzar sövdələşmələrdə uğurlu gedişlər edəcək, maliyyə durumunuz qənaətbəxş olacaq. Rəhbərliklə istənilən münaqişədən qaçın.

Sağlamlıq və istirahət: Siçovul sağlıq durumunuzda hər hansı ciddi problem yaratmayacaq. Amma daxili orqanlarınızda çoxdan bəri mövcud olan nasazlığı aradan qaldırmaq üçün müalicə kursları götürməlisiniz. Payızda yuxu və qida rejiminizə, əsəb sisteminizə diqqət ayırmağa çalışın.


Baxılıb: 447 dəfə Əlavə olunduğu tarix : 3 yanvar 2008