Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Kəsəyən ilinin vədləri

Xazar.comYeni ailələr, gözəl uşaqlar, kriminal ünsürlər, dəhşətli məhkəmələr, təbii fəlakətlər və... sevgi.

Astanasında oldurumuz 2008-ci ildə bizi nələr gözləyirr Bu hər ilin başlanrıcında insanları düşündürən əsas məsələdir.


Filologiya elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, münəccim Firudin Qurbansoyun fikrincə, Kəsəyən ili olan 2008-ci il ururlu keçəcək: "Öncə onu qeyd edək ki, Azərbaycana 3 bürcün təsiri güclüdür. Bu bürclərin təsiri ölkəmizin ərazisinə üfiqi zolaqlar şəklində paylanıb. Şimal sərhədlərimizdən təqribən Sumqayıta qədər şimaldakı darlıq ərazilərdə Oxatan, subtropik zonanı əhatə edən cənub tərəfdə ensiz zolaq üzrə Orlaq, ortada qalan geniş ərazi isə Əqrəb bürcünün nüfuz etdiyi sahələrdəndir. Buna görə də başqa ölkələrdə hazırlanan astroloji öngörümlərin Azərbaycanda tətbiqi düzgün deyil. Hər bir ölkənin, şəhərin, küçənin, hətta hər bir evin də bürc təsirini müəyyən edən cədvəllər hazırlamaq mümkündür.


İl martın 21-də səhər saat 7 ərəfəsində təhvil olacaq Kəsəyən ilidir. Kəsəyən ili cümə gününə təsadüf edəcək, bu isə onu göstərir ki, bu il də aparıcı səyyarə Zöhrə səyyarəsi olacaq. Bu isə o deməkdir ki, bu il insanlar daha çox sevgiyə meylli olacaqlar, daha çox ailələr qurulacaq. Toylar çox olacaq, dünyaya çoxlu və gözəl uşaqlar gələcək. Bu baxımdan Kəsəyən ilini çox ururlu hesab etmək olar. İlin müsbət keyfiyyətlərindən danışanda onu qeyd etmək lazımdır ki, bu il də zəhmətkeşlər daha çox çalışacaqlar, daha çox məhsul əldə edəcəklər. Hava şəraitindən asılı olaraq tarla, bostan məhsuldarlırı o qədər də yüksək olmayacaq, amma hər halda insanlar ac qalmayacaq. Qiymət artımı bu il də müşahidə olunacaq, insanların rabitəsi, insanlararası əlaqə arzuediləcək dərəcədə təsirli olacaq, insanlar bir-birilərinə qaynayıb-qarışmaq istəməsələr də, Zöhrə səyyarəsinin aktiv səyyarə oldurunu nəzərə alaraq söyləmək olar ki, bu il də qohum olmaq istəyənlərin sayı çox olacaq. Ünsiyyətlər daha çox olacaq. İdman yarışları kifayət qədər çox və ururlu olacaq, Azərbaycan idmançıları öz güclərini göstərə biləcəklər. Tikinti-quruculuq, təmir işləri çox sürətlə aparılacaq. Metro tikintisi, yeraltı tunellərin çəkilməsi, yolların salınması və təbii ki, məktəb tikintisi bu il çoxalacaq. Kütləvi işlərlə məşrul olanların, yəni müəllimlər, jurnalistlər, həkimlərin əmək haqları az da olsa artırılacaq, bu, onların vəziyyətinə o qədər də ciddi təsir etməyəcək. Ancaq fərdi işlərlə məşrul olanlar kütləvi işlərlə məşrul olanlara nisbətən daha çox qazanacaq, bura fərdi biznesi olanlar, özü üçün iş quranlar aiddir.


Kəsəyən ilinin ünsürü su, dövrün ünsürü isə torpaqdır. Bunlar bir-birinə yovuşdurundan ilin ururlu olacarı gözlənilir. Təcrübəli, arıllı, intizamlı, arır zəhmətə qatlaşanların yeri və qiyməti bilinəcək. Burada astagəllik etmək, təşəbbüskarlıqdan uzaqlaşmaq, vacib qərarlar çıxararkən qətiyyətsizlik nümayiş etdirmək olmaz. Müəyyən rejimə uyrunlaşaraq intizamla hərəkət edib geri qalmamaq, daha çox sərbəst vaxt qazanmaq urrunda çalışmaq lazımdır.


Kəsəyən ilində gənclərin təhsilə, maariflənməyə mararı daha da artacaq. Elmi fəaliyyətlə məşrul olan adamların güzəranı az da olsa yaxşılaşacaq. İnsanların gizli elmləri öyrənməyə mararı və həvəsi artacaq. Dinə, ruhaniyyata qayıdış keçən illərə nisbətən dəfələrlə çoxalacaq. Hər kəs çəkdiyi zəhmətin və ya etdiyi günahların mükafatını alacaq. Bəziləri fiziki, bəziləri mənəvi basqılardan yaxa qurtara bilməyəcək. Nə vaxtsa görülmüş işlərə bu il bir daha qayıtmaq imkanı var. Daha az söz, daha çox birgə, kollektiv iş olacaq. Xəsislik, yırımcıllıq səxavətli insanları çaşdıracaq, insanlar arı kimi həddindən artıq çalışacaqlar. Məişət məsələlərinin ön plana çıxacarını da söyləmək mümkündür.


Təbii fəlakətlərə diqqət yetirərkən deməliyik ki, bunsuz da keçinməyəcəyik. Planetdə subasmalar davam edəcək, Kür çayının səviyyəsi qalxacaq, dar çaylarının ziyan vurmasından əziyyət çəkənlər olacaq. Kəskin iqlim dəyişmələri kənd təsərrüfatına böyük ziyan vuracaq. Məhsuldarlıq bol olmasa da bahalaşma, xalqın güzəranı ilə müqayisədə vəziyyəti qənaətbəxş hesab etmək mümkün olacaq.


Bu il torpaq ünsürü üstündə təhvil olacaq deyə, daha çox tikinti, quruculuq ili olacaq, xüsusilə tikintiyə daha çox diqqət ayrılacaq. Şokedici, fövqəladə hadisələrin baş verəcəyini gözləmək olmaz, amma öz axarı ilə bir çox hadisələr baş verə bilər. Məsələn, ötən il cəzaya məruz qalanlar arasında bəraət qazanan, keçən il təriflənənlər arasında bu il təqdir edilməyənlər ola bilər. Amma hansısa fövqəladə hadisənin baş verəcəyini gözləmirəm.


Kriminal ünsürlərin, qara iqtisadiyyatın miqyasının artacarını da söyləmək olar. Pul qazanmaq hərisliyi bəzilərini özündən çıxaracaq, onların bəzilərinin məhkəməsi eşidənləri dəhşətə salacaq. Xüsusilə xaricdə pullu adamların sayı artacaq. Azərbaycanda da pul kütləsinin artımı gözlənilir, azad sahibkarların işi qaydasında gedəcək. Teatr və kino sənayesinin miqyasında da artımın nəzərə çarpacarını söyləmək olar. Musiqiçi və aktyorların işi başlarından aşacaq, rəssam və memarlar da işsiz qalıb darıxmayacaq. Müsabiqə və sərgilərin çox keçiriləcəyini nəzərə alsaq, onların da işlərinin çox olacarını söyləyə bilərik. Yollar səliqəyə düşəcək, yol-qəza hadisələri qismən azalacaq. Göy, mavi, yaşılımmtıl, sarımtıl, tünd və torpaq rəngli geyimlər dəbə minəcək. İnsanlar səliqə ilə geyinəcək, ticarətin miqyası genişlənəcək. İlin ən çox yayılan xəstəlikləri isə şəkərli diabet, endokrin və ürək-damar sisteminin fəsadları, travmalar və əsəb olacaq.


"Azərbaycanın ən arrılı problemi olan Qarabar münaqişəsinə gəlincə isə, biz ancaq işral edilmiş torpaqlarımızın azad edilcəyinə ümid edirik. Ümid etməkdən başqa   fəaliyyət də göstərmək lazımdır, əlimizi qoynumuzda Qarabarın azad edilməsini gözləyiriksə, bu olmayacaq. Xalqın tələbi, istəyi, döyüş həvəsi olmalıdır. Xalq tələb etməlidir ki, başbilənlər də bir iş görsünlər. Torparımıza sahib çıxmalıyıq. Mən deməzdim ki, Kəsəyən ilində Qarabar problemi həll ediləcək, ancaq bu ildə bu məsələ ilə barlı   bir çox məsələlər üzə çıxacaq. İnsanlar məsələnin mahiyyətindən bəhrələnməyə çalışırlar, bu ilin psixotipi budur, bu psixotipə görə insanlar hər şeyin özülünü, əsasını, mayesini, cövhərini axtarırlar. Bu mənada yəqin ki, Qarabar düyünü ilə barlı üzdə olmayan çox faktlar aşkarlanacaq, üzə çıxacaq. Amma bu il xüsusilə önəmlidir ki, insanlar daha çox şey bilsin. Bizim düşmənlərimizin, üzdə olan-olmayan düşmənlərimizin aşkarlanması üçün fürsət yaranacaq, bundan istifadə etmək lazımdır. Ümumiyyətlə, gərək xalq tələb etsin, istəsin, biz bilirik ki, ölkəmiz azad ölkədir, xalqımız azad ölkənin vətəndaşlarıdır, bizim sərhədlərimiz də gərək bütöv olsun. Sərhədlərimizin haradan başlandırını bilməliyik, qəsb edilən torpaqlarımızı geri qaytarmalıyıq.   Bunların təncim elminə dəxli olmasa da qeyd etməliyəm ki, ilk növbədə vətən sevgisi olmalıdır. Axı nə qədər bu vəziyyətlə barışıb gözləmək olarr Mən başıma papaq qoymaq istəyirəm".


İl torpaq ünsürü üstündə təhvil oldurundan torpaq ünsürlü bürclər bu ildən daha çox mənfəət götürə biləcəklər.


Eyni zamanda su ünsürlü bürclər də bu ildən narazı qalmayacaqlar.


Od və hava ünsürlü bürclər arasında ən çox əziyyət çəkənlər isə od   ünsürlü bürclər olacaq.


Hava ünsürlü bürclər üçün də ilin çox yaxşı keçəcəyini söyləmək olmaz. Onlar gecə-gündüz çalışmalı olacaqlar, əlləşib-vuruşub istədiklərinə nail olmara çalışacaqlar.   Su və torpaq ünsürlü bürclərə nisbətən onlar daha çox əziyyət çəkəcəklər.  


Torpaq ünsürlü bürclər -Bura, Qız, Orlaq bürcündən olanlar özlərini Kəsəyən ilində çox xoşbəxt hiss edəcəklər.


Su ünsürlü bürclər olan Xərçəng, Əqrəb, Balıqlar bürclərindən olan insanlar da bu il rahat olacaqlar.


Hava ünsürlü bürclər olan Əkizlər, Tərəzi və Dolça bürcləri çətin vəziyyətə düşəcəklər, amma buna baxmayaraq bu vəziyyətdən asanlıqla da olmasa çıxacaqlar.


Ən çox əziyyət çəkən od ünsürlü bürclərdir ki, bura Şir, Oxatan və Qoç bürcləri daxildir. Bu bürclər Kəsəyən ilində çox əziyyət çəkəcəklər, özlərini qorusunlar, əsəblərini bacardıqları qədər bir məcraya yönəltsinlər, bu il onlar üçün o qədər də xeyirli il deyil.


Kəsəyən ilində dünyaya gələnlər bu il xüsusi müdafiədə olacaqlar. İşdə, məhəbbətdə özlərini xoşbəxt hiss edəcəklər.


Öküz ilində dünyaya gələnlər bu il ehtiyatda saxladıqları qənaətdən istifadə edəcəklər. Onlar tənbəldir, bu il isə zəhmətkeşlərə urur gətirdiyindən onların ili hesab edilmir. Pələng ilində dünyaya gələnlər ehtiyatlı dolanmalı, heç kəsin işinə qarışmamara çalışmalıdırlar. İmkanları daxilində az səxavət göstərməlidirlər.


Dovşan ilində dünyaya gələnlər özlərini kifayət qədər sərbəst aparsalar da, özünəarxayınlıq hissi onları ac da qoya bilər. Kəsəyən ilində heç nəylə cəmiyyətdən fərqlənməməyə çalışmaları məsələhətdir.


Əjdaha ilində dünyaya gələnlər özlərini rahat və problemsiz hiss edəcəklər. İlin ururları artan xətt üzrə inkişaf edəcək. Yaxşı, xeyirli işlərlə məşrul olsalar onlara daha çox xeyir gələ bilər.


İlan ilində dorulanlar bu il özlərini bir qədər narahat hiss edəcəklər. Aktivlik dərəcəsindən asılı olaraq ururları artacaq. Risk etməkdən çəkinməyərək işlərini cəsarətlə davam etdirsələr zənginləşəcəklər.  


At ilində dünyaya gələnlər imkan daxilində il ərzində qənaətlə dolanmalı, bədxərclik etməməlidirlər. Onlar çox işləyib yarıac qala bilərlər.


Qoyun ilində dünyaya gələnlər istedadlarını göstərmək üçün Kəsəyən ilində geniş imkanlar əldə edə biləcəklər. Bu hətta ən çətin işlərin öhdəsindən gəlməkdə onlara yardımçı olacaq. Vəzifədə artmaq imkanları da var.


Meymun ilində dünyaya gələnlər özlərini bu il daha şən və qayrısız apara biləcəklər. Öz sakitliklərini, səadətlərini tapmaq imkanları bu ildə daha çox olacaq. Ailə quranların isə ururu daha da artacaq, ona görə də Meymun ilində dorulanlar bu il tək qalmasalar daha yaxşıdır.   


Toyuq ilində dünyaya gələnlər də Kəsəyən ilində işləini qaydasına sala biləcəklər. Ətraflarında baş verənlərlə, ictimai həyatla daha az maraqlanıb öz işləri ilə başlarını qatmara çalışacaqlar. Bu əlbəttə, yaxşı hal deyil, çünki ancaq cəmiyyətlə birlikdə xoşbəxt olmaq oalr.


İt ilində dorulanlar üçün məhəbbətə vaxt qalmayacaq. Öz işləri ilə məşrul olmaqdan başları açılmayacaq. Bu onların həm maliyyə vəziyyətini yaxşılaşdıracaq, həm də vəzifəcə irəliləmələrinə kömək göstərəcək.       


Qaban ilində dünyaya gələnlər özlərini rahat və qayrısız hesab edəcəklər. Əl atdıqları hər bir iş tez düzələcək".


Baxılıb: 7361 dəfə Əlavə olunduğu tarix : 29 dekabr 2007