Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Qoç bürcü

14 - 20 may  həftəsi üçün Qoç bürcünə proqnozlar


Bu həftə özünüzü daha azad hiss etmək istəyəcək və hər şeyə tək qərar vermək istəyəcəksiniz. Heç kimin üzərinizdə hakimiyyət qurmağını istəmirsiniz. Bəzi hadisələr barədə şişirdilmiş qərarlar qəbul etmə ehtimalınız var. Götür-qoy etmədən, araşdırmadan heç bir sahədə tələsik qərarlar verməyin. Öz biznesiniz varsa, uzunmüddətli əməkdaşlıq qurma ehtimalınız var.

İşlə bağlı yeni qərar verməli olacaqsınız. İş yerinizi dəyişmək istəyə bilərsiniz və hətta indiyə kimi özünüzü yoxlamadığınız bir sahəyə keçid arzulaya bilərsiniz. Əgər öhdəsindən tam gələcəyinizə əmin deyilsinizsə 2 dəfə fikirləşin. Yaxınlarınızdan bu fikrə soyuq münasibətdə olanlarla inciklikıər ola bilər. Onların sizə əngəl törətdiklərini fikirləşə bilərsiniz. İmicinizi də dəyişmək istəyə bilərsiniz. Sizcə bu həyatınıza yeni rəng qatacaq. Budəfəki imiciniz hərzamankı sizdən tam fərqli ola bilər.



Yazdı: Aysel


Baxılıb: 264 dəfə Əlavə olunduğu tarix : 15 nay 2007