Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Buğa bürcü

7 may - 13 may həftəsi üçün Buğa bürcünə proqnozlar



Bu həftə qəribə hisslərin təsiri altında olacaqsınız. Həftə boyu ziddiyətli fikirlər sizi rahat qoymayacaq. Bəzən çox həssas bəzən isə çox kobud olacaqsınız. Bəzən sanki dünyadakı bütün problemlər sizin onları həll etməyinizi gözləyirmiş kimi hiss etsəniz də, bəzən öz laqeydliyinizlə hətta ən yaxınlarınızı belə əsəbləşdirəcəksiniz. Bəzən sanki sizin hissləriniz yoxdur kimi hiss etsəniz də, bəzən bir küncdə özünüzə qapılaraq ağlamaq istəyəcəksiniz. Bəzən dünyanın ən güclü adamı olduğunuz halda, bəzən də bir uşaq qədər aciz olacaqsınız.

Həftə bulanıq hisslərin təsiri altında davam edəcəkdir. Kiminsə sizin xətrinizə dəyəcəyindən, problemləryaranacağından, kiminsə sizi incidəcəyindən yaman qorxacaqsınız. İçinizdəki hissləri heç kimlə bölüşmək istəməyəcəksiniz. Bütün bunlar sizi çoxdandır düşünməyə vadar edən problemlərin nəticəsidir. Bəzən körpə nəzərləriylə gələcəyə ümid dolu baxacaqsınız, bəzən isə 100 yaşlı qoca kimi yaşamdan ümidinizi üzərək sallaşacaqsınız.

 

Yazdı: Aysel


Baxılıb: 292 dəfə Əlavə olunduğu tarix : 9 nay 2007