Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Xərçəng bürcü

30 aprel - 6 may həftəsi üçün Xərçəng bürcünə proqnozlar



Bu həftə təhsilinizi maraqlandıran çox önəmli bir qərar vermə ehtimalınız var. Bu qərarınız həyata keçdiyi təqdirdə doğurdan da həyatınızın çox vacib və parlaq bir mərhələsinə keçə bilərsiniz. Bu həftə bu qərarı vermək üçün və həyata keçirmək üçün sizdə kifayət qədər potensial və enerji var. Bu günə qədər verdiyiniz əmək və çəkdiyiniz əziyyət qarşılıqsız qalamayacaq. Bu dəfə alınacaq. Şəxsi həyatınızda da dəyişiklik gözlənilir. Yeni bir mərhələyə keçə bilər və ya çox vacib bir qərar verməli ola bilərsiniz. Onunla danışmaq istədiyiniz mövzu üçün əla fürsət əlinizə düşəcək. Bütün fikirlərinizi ona səmimi olaraq deyin. Bəlkə də o da sizin düşüncələrinizə laqeyid qalmayacaq.

Bu həftə sanki həyat sizə son bir şans daha tanıyır. Filmlərdəki kimi, hər şeyin birdiyini düşündüyünüz anda son anda kömək əli uzanır. Sizdə də həmin vəziyyətdir. Maddi məsələlərlə bağlı sıxıntınız da son anda həll olunacaq. Önunla münasibətlərinizdə də düzəlmə olacaq. Hər şey qutardı deyə fikirləşdiyiniz bir anda alacağınız bir xəbər hələ də ümid olduğunu göstərəcək. Bu həftə siz əsl kino qəhrəmanları kimi son dəqiqələrin adamısınız. Çoxdandır almaq istədiyiniz bir paltar və ya əşyanın da sona anda endirimli satıldığı bir yer tapacaqsınız. Həyat həmişə ona inanları sevir, hərdən bitdiyini fikirləşdəiyimiz bəzi anlarda anlayırıq ki, bu sadəcə fasilə idi, hələ ikinci hissəsi var.

 




Yazdı: Aysel


Baxılıb: 283 dəfə Əlavə olunduğu tarix : 30 aprel 2007