Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Qoç bürcü

30 aprel - 6 may həftəsi üçün Qoç bürcünə proqnozlar


Bu həftə hər şeydən uzaqlaşmaq istəyəcəksiniz. Sizi narahat edən bəzi problemləri fikirləşmək üçün təklikdə qalıb götür qoy etmək istəyirsiniz. Çünki başqa insanların sizdən gözlədiklərini etməkdənsə özünüzün nə istədiyinizlə maraqlanırsınız. Maddi baxımdan da sıxıntılar yaşama ehtimalınız var, bu da sizi gərginləşdirir. Həm öz ehtiyaclarınızın olması, həm də sizin köməyinizi gözləyən insanların olduğunu bilmək sizi narahat edir. Üstəlik onların vəziyyəti biruzə verməmək istəməsi sizi daha çox narahat edir. Bütün sıxıntılara baxmayaraq qürurunuz sizə kömək istəməyə mane olur.

Bu həftə öz sərhədlərinizi elan etmək istəyirsiniz. Heç kimin sizin sakitliyinizin səbəbini soruşmasını istəmirsiniz. Özünüzə inamsızlıq sizi sıxır. Bu həftəki enerjilərin təsirində həss olmağınız normaldır. Narahat olmayın, həmişə güclü olmaq və ya belə görünmək məcburiyyətində deyilsiniz. Siz də insansınız, sizin də tək qalmaq istəyəcəyiniz anların olması normaldır. Hər şeyi olduğu kimi saxlamağa çalışın. Ətarfdakıların nə fikirləşəcəyinə o qədər də əhəmiyyət verməyin. Əgər tək qalmaq istəyirsinizsə belə də edin. Bu həftə yaxşıca istirahət edin və rahatlamağa çalışın, özünüzü gələn həftə üçün indidən hazırlayın. Gələn həftə iş qrafikinizin çox zəngin olacağı bir hətfə olacaqdır.

 




Yazdı: Aysel


Baxılıb: 244 dəfə Əlavə olunduğu tarix : 30 aprel 2007