Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Qız bürcü

30 aprel - 6 may həftəsi üçün Qız bürcünə proqnozlar


Bu həftə həyat yoldaşınızla və ya sevgilinizlə olan problemin həlli gözlənilir, onun sevgisini ürəyinizdə hiss edə biləcəksiniz. Neçə gündür davam edən küsülük və səsizlik artıq sona çatacaq. Nə qədər güclü görünsəniz də, əslin də hamı kimi siz də təklikdən qorxursunuz və sizin də yanınızda sevdiklərinizin olmasına ehtiyacınız var. Sizi sahiblənməsinə, özünüzü tam onun hiss etməyə ehtiyacınız var. Amma bu nəvazişi onda duya bilmirsiniz. Bu həftə yeni bir mərhələyə qədəm qoyacaqsınız. Problenmlərinizi həll etmək üçün görüşüb müzakirə edəcəksiniz. Daxilən artıq münasibətlərinizdəki çatışmamazlıqları qəbul etməyə başladınığınız bir anda bəzi şeylərin yaxşıya doğru dəyişdiyini hiss edəcəksiniz. Onun sizi sevdiyini bilmək indi sizin daha çox xoşunuza gələcək.

Bu həftə nə maddi məsələlər nədə işiniz şəxsi həyatınız qədər maraqlandırmır. Sizin üçün ən vacibi yaşadığınız münasibətdir. Kənardan duyulanın əksinə sizi öncəliyi kariyeraya və ya maddiyata deyil, yaşadığınız münasibətə verirsiniz. Əslində qabaqlar da işinizdə sizə güc verən əslində şəxsi həyatınız olmuşdur. Çox yaxşı vaxt keçirəcəksiniz. Birlikdə bu sevgiyə bir şans daha vermək barədə qərara gələcəksiniz. Amma sizin içinizdə “birdən yenə hər şey köhnəsi kimi olar” qorxusu var.

 





Yazdı: Aysel


Baxılıb: 221 dəfə Əlavə olunduğu tarix : 30 aprel 2007