Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Dolça bürcü
30 aprel - 6 may həftəsi üçün Dolça bürcünə proqnozlar


BU həftə maddi məsələrlərdə çox təmkinli olacaqsınız. Əsla bədxərclik etmək fikrində deyilsiniz. Keçmişdə yaşadığınız və o qdərə də xoş olmayan təcrübələr sizə artıq çox şeyi götür-qoy etməkdə kömək edib. Hətta çoxdandır almaq istədiyiniz geyim və ya əşyanın endirim xəbəri belə sizi maraqlandırmır. Boşuna pul xərcləmək lazım deyil, ən yaxşısı heç almamadqdır deyə fikirləşəcəksiniz. Maddi məsələlərlə bağlı problemlərə qarşı dözümünüzün o qədər də böyük olmadığını özünüzü də bilirsiniz, məhz buna görə riskə getməyərək hərəkət etmək fikrindəsiniz. Keçmişdə yaşananların təkrarlanmasını istəmirsiniz.

Yaxınlarınızdan birinin maddi sıxıntı yaşaması sizi narahat edəcədkir. Ona istədiyiniz köməyi göstərə bilməmək siz çox təssüfləndirir. Onu ən yaxşı siz başa düşürsünüz, çünki özünüzdə belə vəziyyətlərdə olmusunuz. Gözlədiyiniz pul xəbərinin gecikməsi sizi daha çox hiddətləndirir. Yaxşısı onunla söhbət etmək və mənəvi dəstək olmağa çalışmaqdır. Onu əmin etməyə çalışın ki, gözlədiyiniz xəbər gələn kimi əlinizdən gələn qədər siz də ona kömək edəcəksiniz. Dərk edirsiniz ki, əslində bundan yaxşısını əldə etmək iqtidarını hələki yoxru və boşuna üsyan edərək, ağlamağın heç bir mənası yoxdur. Əlindəkinə şükür edib , iradəli olmaq lazımdır.


Yazdı: Aysel


Baxılıb: 275 dəfə Əlavə olunduğu tarix : 30 aprel 2007