Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Balıq bürcü

30 aprel - 6 may həftəsi üçün Balıq bürcünə proqnozlar


BU həftə özünüzü enerjili və gənc hiss edirsiniz. Sizi hər sahədə irəli aparacaq enerjilərin təsiri altındasınız. Daxili aləminizlə düşüncələriniz arasında anlaşılmamazlıq yoxdur. Rahatlığınız kənardan da hiss olunur. Fikirləşdiyiniz addımları ata bilərsiniz. Ailə yaşamınızda da hər şey qaydasında olacaqdır. Özünüzü və onları xöşbəxt edəcək şeyləri bildiyniz üçün problemlər yaşamırsınız. Həm ruhən, həm də bədəncə özünüzü rahat hiss edəcəksiniz. Ümumiyyətlə qeyri-adi bir hadisənin gözlənmədiyi bir həftədir.

Bu həftə yeni bir qərar verə bilərsiniz. Bu qərarınız gələcək həyatınızda yeni bir səhifə aça bilər. Çəkindiyiniz və ya cəsarət etmədiyiniz nə varsa sonraya saxlamayın, bu həftə həyata keçirməyə çalışın. Bu həftəki enerjilərin təsirində sizə bu yollar da açılacaqdır. İntuisyalarınıza güvənin, onlsa sizi yanıltmayacaqdır. Ətrafdakıların qınağından qorxmadan bu həftəni istədiyiniz kimi yaşayın.



Yazdı: Aysel


Baxılıb: 267 dəfə Əlavə olunduğu tarix : 30 aprel 2007