Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Qız bürcü

23 aprel - 29 aprel həftəsi üçün Qız bürcünə proqnozlar



Bu həftə gələcəyinizə təsir göstərəcək hərhansı bir sahə barədə alacağınız bir xəbər kefinizi oza bilər. Gözlədiyiniz pulun gecikməsiylə yarancaq bu problem ümidsizliyə qapılmanıza səbəb ola bilər. Yeni planlar qurmaq lazım olduğunu fikirləşəcəksiniz. Bu özünüzə olan inamınızı da sarsıda bilər. Yeni fürsətlər yaransa belə düşünə bilərsiniz ki, yenə problem yaranacaq yenə xəyallarınız puç olacaq. Hətta bu barədə məsləhət almaq istəyəcəyiniz dostlarınız və böyükləriniz də sizə ümid verməyə bilərlər.

Bu həftə ananızın və hansısa vacib bir qadın ailə üzvünüzün üzərinizdəki təzyiqi nəticəsində özünüzü məhdudlaşdırılmış hiss edə bilərsiniz. Maddi azadlığınızın olmaması qərarlarınızın da tam sərbəst olmamasına gətirib çıxarır. Ancaq bu çətinliyin tez bir zamanda həll olacağını bilməlisiniz. Şansınız lehinizə dəyişəcək, çıxacağınız qısaməsafəli səyahətlər şansınızı daha da artırcaqdır.



Yazdı: Aysel


Baxılıb: 224 dəfə Əlavə olunduğu tarix : 23 aprel 2007