Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Dolça bürcü

23 aprel - 29 aprel həftəsi üçün Dolça bürcünə proqnozlar



Həftə boyu şəxsi həyatınızla bağlı bəzi məsələlərdə 2-ci planda qalmaq istəyə bilərsiniz. Sanki hər şey çox sürətlə irəliləyib və sizin dayanıb biraz dincəlməyə ehtiyacınız var. Münasibətiniz sanki maraqsızlaşıb və eyniləşib. Buna görə də bəzən fikirləşirsiniz ki, biraz daha məsafəli davranmaq lazımdır. Qısqanlıqla bağlı bir məsələdə çıxacaq bir qalmaqalda münasibətinizdə güvən duyğusunun azaldığını düşünə bilərsiniz. Şok qərarlar verməməyiniz məsləhət görürürük. Çünki bu halınız müvəqqətidir.

Həftə boyu zehniniz çox itidir. Ətrafı kəşf etmək istəyiniz böyükdür. Bəzi yeni qərarlar verməniz ehtimalı var.  Bəlkə də bu qərarları həyata keçirmək üçün fəaliyyətə başladınız. Arzularınızı və yenilik axtarışınızı dostlarınızla da bölüşə bilərsiniz. Öz məsuliyyətlərinizi və öhdəliklərinizi yaxşı dərk edirsiniz. Bu poblemləri həll edəcək soyuqqanlılıq və güc sizdə mövcuddur.

 

Yazdı: Aysel


Baxılıb: 305 dəfə Əlavə olunduğu tarix : 23 aprel 2007