Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Xərçəng bürcü
16 aprel - 22 aprel həftəsi üçün Xərçəng bürcünə proqnozlar

Bu həftə həmişəki kimi insanlarla münasibətinizdə məsafə saxlamayacaqsınız. Bir qədər daha yaxın və isti olmağa çalışacaqsınız. Hisslərinizi ifadə etməyə çalışacaq, sevdiklərinizlə daha çox vaxt keçirmək istəyəcəksiniz. Həftəlik proqramınıza göz gəzdirib bəzi dəyişikliklər etmə ehtimalınız yüksəkdir. Maddi tərəfdən də özünüzə yeni bir proqram tərtib etmə ehtimalınız var. Bu proqram sizə bir qədər rahat nəfəs almağa imkan yaradacaq. Həftə ərzində çox xərc çəkmədən, sevdiklərinizlə biryerdə keçirdiyiniz kiçik şənliklər yadda qalan olacaq. Problemlərdən qaçma meyli hiss olunur.

Bu həftə duyğusal tərəfdən yaşayacağınız bir dəyişiklik sanki sizi daha da gücləndirəcəkdir. Özünüzə olan inamınız artacaqdır. Ətrafınızdakı insanlar sizi daha güclü görəcək və bu xüsusən dostlarınızın çox xoşuna gələcək. Həftə boyu zehniniz çox aydın olacaq. Sanki daxilən bir səs sizə nə etməli olduğunuzu işarə edəcəkdir. O səsə qulaq verin və uğura doğru irəliləyin.


Yazdı: Aysel


Baxılıb: 227 dəfə Əlavə olunduğu tarix : 16 aprel 2007