Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Tərəzi bürcü
16 aprel - 22 aprel həftəsi üçün Tərəzi bürcünə proqnozlar

Bu həftə qeyri-adi bir hadisə gözlənilmir. Həftə sakit və istəyiniz kimi keçəcəkdir. Bütün qərarlarınızda heç bir çətinlik çəkmədən məntiqiniz ürəyinizlə uyğunlaşacaq. Şəraitinizdə bir qədər yaxşılaşma olduğu üçün əhvalınız bir qədər də yüksəkdir. Düzdür bu o qədər də əsaslı bir irəliləyiş olmasa da ən azından ümidvericidir. Və sizi qane edir. Səfərə çıxma ehtimalınız var. Bu həftə şəxi qabiliyyətiniz hesabına vacib bir işin öhdəsindən gəlmə ehtimalınız var. Bu uğur yalnız sizin uğurunuzdur.

Bu həftə həyat yoldaşınızla yaranmış bir problemin öhdəsindən gələcəksiniz. Bu isə əsas sizin sülhsevər mövqeyiniz sayəsində olacaq. Onun fikirlərini təsdiqləməsəniz də onun nə demək istədiyini başa düşürsünüz. Və sevgidə komromisə getməyinə dəyər deyə fikirləşirsiniz. Problemə onun mövqeyindən yanaşmanız və tam cəhdlə onun xətrinə dəyməməyə çalışmağınız diqqətindən yayınmayacaq və problemin həllində oda sizə kömək edəcəkdir. Bir daha onun rəğbətini qazanacaqsınız.

Yazdı: Aysel


Baxılıb: 235 dəfə Əlavə olunduğu tarix : 16 aprel 2007