Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Qoç bürcü
16 aprel - 22 aprel həftəsi üçün Qoç bürcünə proqnozlar

Bu günlərdə bir problemlə bağlı gözlədiyiniz nəticəni əldə etməyə bilərsiniz. Cavab heç də sizin xoşunuza gəlməyəcək. Qarşınızdakı insan olan mərhəmətinizin problemin həllini daha da çətinləşdirdiyini fikirləşəcəksiniz. Birdən həssas, birdənsə çox qəddar olacaqsınız. Sonra isə qəddarlığınızdan peşiman ola bilərsiniz. Bilirsiniz ki, görüşlərinizdə əldə etdiyiniz cavabın heç birinizə xeyri yoxdur. Vaxt boşuna itir. Amma ən yaxşısı zamanla razılaşmaqdır.

 Bu həftə qəribə enerjilər altındasınız. Ağlınız özünü çox aydın ifadə etməyi bacarsa da , ürəyinizdəki duyğular qarışıqdır. Sanki necə hiss etməli olduğunuzu bilmirsiniz. Amma bu təzadlı vəziyyət qəribə şəkildə bir-birini tamamlamağa çalışır. İşlərin gedişi heç də ürəyinizcə olmadığı halda, əhvalınız psimist olduğu halda sanki bir tərəfdən də hər şeyin yaxşı qurtaracağına dair ümid var. Odur ki, əsəblərinizi cilovlamağa, hisslərinizi aydınlaşdırmağa çalışın.

Yazdı: Aysel


Baxılıb: 221 dəfə Əlavə olunduğu tarix : 16 aprel 2007