Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Oxatan bürcü
16 aprel - 22 aprel həftəsi üçün Oxatan bürcünə proqnozlar


Bu həftə daxilən özünüzü daha mülayim hiss edirsiniz. Sanki hadisələrin inkişafını qabaqcadan sezir və bir çox məsələrlərdə güzəştə getməli olacağınızı anlayırsınız. Qarşınızdakı insanın mövqeyi sizinkiylə üst-üstə düşməsə də kompromisə yol axtarırsınız. Çünki hadisənin həlli uzun çəkəcəyi halda bu əlavə problemlər yarada bilər. Sizin isə lazımı qədər problemləriniz var. Boğaza kimi məsuliyyət içindəsiniz. Bir yandan işləriniz və yeni kayihənin həyata keçirilməsi üçün öhdəlikləriniz, bir yandan da şəxsi həyatınızdakı insanla önündəki cavabdehliyiniz sizi yorur. Amma sizin ürəyinizi boşaldacağınız qədər səmimi bir dostunuz yoxdur. Etibar edə biləcəyiniz yalnız özünüz və səbrinizdir.

 

Bu həftə bütün problemlərə baxmayaraq siz xoş niyyətinizi qoruyub saxlamağa cəh göstərirsiniz. Dayanıb dincələcək vaxtınız yoxdur, daha çox çalışmalı və qazanmalı olduğunuzu düşünürsünüz. Çox gərgin qrafikiniz var, həm işdə həm də evə həddindən artıq yorulursunuz. Əsəblərinizi cilovlamağı bacarmasanız ən yaxın insanlara qarşı belə çox sərt reaksiyalar verə bilər və sonradan həll edə bilməyəcəyiniz problemlərə səbəb ola bilərsinzi. Odur ki, əsəblərinizi cilovlayın.

Yazdı: Aysel


Baxılıb: 204 dəfə Əlavə olunduğu tarix : 16 aprel 2007