Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Əqrəb bürcü
16 aprel - 22 aprel həftəsi üçün Əqrəb bürcünə proqnozlar


Bu həftə məntiqinizlə hissləriniz üst-üstə düşməyə bilər. Ürəyinizdəki hisslər son dərəcə səmimi olsa da məntiqiniz belə demir. O daha tələbkardır və insanlarla münasibətinizdə bu özünü aqresya kimi biruzə verə bilər. Ən yaxşısını istəyirsiniz. Ya ən mükəmməl olmalıdır yada heç nə - deyə fikirləşirsiniz. Amma keçmiş xatirələri düşündükcə qarşınızdakı insanın sizə nə qədər əziz olduğunuz xatırlayırsınız. Sevgilinizlə yaranmış problemdə də vəziyyət eynidi. Ürək onu tələb etsə də məntiq başqa həvəsdədir. Ətrafdakı hər şey sanki onu xatırladır. Buna görə də siz odnan da, özünüzdən də qaçmağa çalışırsınız.

Heç kimin xətrinə dəymək və ya mənəvi yara almasını istəmirsiniz. Ancaq hadisələrin inkişafı qarşısında da acizləşirsiniz. Nə etməli olduğunuzu bilmirsiniz. Sakit olmağa çalışın. Əsəblərinizi cilovlayın və yadınızda saxlayın ki heç kim mükəmməl deyil. Daha başadüşən olmağan çalışın. Ancaq belə problemlərin həllinə nail ola bilərsiniz.


Yazdı: Aysel


Baxılıb: 193 dəfə Əlavə olunduğu tarix : 16 aprel 2007