Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Tərəzi bürcü
9 aprel - 15 aprel həftəsi üçün Tərəzi bürcünə proqnozlar


Bu həftə çox şən və hamının sevimlisi olacaqsınız. Zarafatlarınız və fikirləriniz hamının xoşuna gələcək. Müsbət enerjilərə sahibsiniz. Tədris həyatınızda indiyə qədər yaşadığınız xoşagəlməzliklərin üstündən xətt çəkmək və yeni bir səhifə açmaq barədə fikirləşirsiniz. Sizdə olan potensial buna imkan verir sadəcə ürəkdən istəmək lazımdır. Keçmiş uğursuzluqları təkrarlamamaq üçün yaxşıca çalışmaq barədə fikirləşirsiniz. Bu sezounu uğursuzluqla başa vurmaq olmaz – deyə fikirləşirsiniz. Dərslərinizdə gözlə görülə biləcək irəliləyiş əldə edə biləcəksiniz. Əgər artıq iş həyatına atılmısınızsa bu çalışqanlıqla o sahədə də uğur qazanacaqsınız. Xüsusilə ticarətlə məşğul olanların bəxti daha çox gətirəcək.

Bu həftə insanlarla münasibətləriniz çox uğurlu olacaqdır. Üstəlik qavrama qbiliyyətiniz və yaddaşınız həftə boyu çox köməyinizə gələcəkdir. Səyahət və turizm sahəsində çalışan bürcün üzvləri də uğurla irəliləyəcəklər. Yeni insanlara tanış olacaqsınız. Bu insanlr sizə kariyera qurmaqda kömək edə bilərlər. Xarici vətəndaşlara münasibətlərdən böyük gəlir əldə edə bilərsiniz.


Yazdı: Aysel


Baxılıb: 247 dəfə Əlavə olunduğu tarix : 9 aprel 2007