Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Qoç bürcü
9 aprel - 15 aprel həftəsi üçün Qoç bürcünə proqnozlar

Bu həftə olduqca mehriban və istiqanlı olacaqsınız. Bu həftə səhvləri bağışlamağı bacarırsınız. “Hamının ikinci bir şansa ehtiyacı var” fikri sizin üçün həftənin devizinə çevrilə bilər. Əgər istirahət və ya səfər planlarınız varsa əsl həftəsidir. Səfər və rutizm gəzintiləri üçün çox uğurlu bir həftədir. Ətrafdakı inanlar üçün bu həftə adətən mələk rolunu üzərinizə götürmüsünüz sanki. Sizin müsbət və optimist həyat enerjiniz ətrafınızdakılara da siraət edəcək. Maddi məsələləri yoluna qoymaq üçündə uğurlu həftədir. İşgüzar görüşlər uğurlu nəticələnəcəkdir.

Bu həftə insanlarla münasibətləriniz də yaxşı olacaq. Qarşınızdakını dinləməyi bacaracaq və fikrinizi yaxşı ifadə edərək hisslərinizi düzgün dilə gətirə biləcəksiniz. Məhz bu həftəki enerjilərin köməkliyi ilə çoxdan bəri yaranmış narazılıq həllini tapacaq. Köhnə dostunuzla yenidən barışacaqsınız. Haqlı tərəfin siz olduğunuz meydana çıxacaq və yeni faktlar qarşısında artıq dostunuzun da fikri dəyişəcək və sizin kimi düşünəcək. Amma bu qədər müsbət və xoş əhvalla yaddan çıxarıb diqqətsizlik etmək olmaz. İşinizdə gözünüzdən yayınabiləcək kiçicik bir detal sonradan sizin üçün problem ola bilər. Odur ki, hər işin altında gizlənmiş incə detalları gözdən qaçırmayın. İşlə bağlı səfər çıxa bilər və ya görüşə yollana bilərsiniz. Uğur gözlənilir.


Yazdı: Aysel


Baxılıb: 197 dəfə Əlavə olunduğu tarix : 9 aprel 2007