Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Qız bürcü
9 aprel - 15 aprel həftəsi üçün Qız bürcünə proqnozlar


Bu həftə istədiyiniz kimi getməyə bilər. Adət etdiyiniz həyat tərzi yaxınlarınızı narahat edə bilər. Çox diqqətsiz və yaxınlarınızın istəklərinə laqeyid hərəkətlər sərgiləyə biləriniz. Təbii ki, belə bir əhval-ruhiyyədə narazıçılıqsız ötüşə bilməzdiniz. İş həyatınızda bəzi hadisələrin inkişafı gözlədiyiniz kimi getmədiyindən əsəbləriniz tarıma çakilə bilər. Maddi sıxıntılar yaşaya bilərsiniz. Sanki harada uğursuzluq var gəlib sizi tapır. Arxanızca danışa bilərlər. Özünüz haqqınızda eşitdiyiniz dedi-qodular heç də xoşunuza gəlməyə bilər. Konfliktlərə girməkdənsə səbrli olmağa çalışın. Heç olmasa həftənin ikinci yarısına kimi səbr etməyə çalışın.

Bu həftə kariyeranızla bağlı məsələlərə xüsusi diqqət yetirin. Xaricdən gələ biləcək təklifləri yaxşıca araşdırmadan və əmin olmadan müsbət cavablandırmayın. Xırda detallara xüsusilə diqqət yeritin, çünki indi balaca görsənən bu problemlər sonradan sizin üçün əsl problemə çevrilə bilər. Çalışın bu həftə sirlərinizdən ətrafdakılar xəbər tutmasınlar. Planlarınızı və layihələrinizi heç kimə açmamağa çalışın. Həddən artıq həssas enerjilərə sahib olacağınız bu   həftədə sizlə bağlı söylənilən fikirlərə daha səbrli olmağa çalışın.

Yazdı: Aysel


Baxılıb: 197 dəfə Əlavə olunduğu tarix : 9 aprel 2007