Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Dolça bürcü
9 aprel - 15 aprel həftəsi üçün Dolça bürcünə proqnozlar

Bu həftə xüsusilə məhəbbət və yaradıcılıq sahələrində yüksək enerjiyə sahib olacaqsınız. Aktyorluq qabiliyyətiniz və özünü ifadə qabiliyyətinizçox yüksək olacaqdır. İncəsəntlə bağlı olan bürc mənsubları üçün xüsusilə uğurlu bir həftədir. Məhəbbətə baxışınızdan dəyişikliklər görünə bilər. Bir insana bağlı qalmaqdansa bir çox insanlarla münasibətdə olmaq daha cazibəli görsənə bilər. Ancaq nəzərə alın ki, bu keçici bir enerjidir. Və sonradan peşiman olacağınız qərarlar qəbul etməkdən çəkinin. Sevgilisi olan bür mənsubları vaxtlarını öz sevgililərinə ayırsalar daha yaxşı olar. Dəlisov hissləri isə sadəcə xəyallarında yaşatmağa çalışın.

Bu həftə bütün kaprisləri bir kənara atıb ətrafınızdakı bütün insanlarla səmimi və xoşrəftar olmağa çalışacaqsınız. Sevgilisi olmayanlar bir çenə insanın birdən diqqətini çəkməyə çalışaraq diqqət mərkəzində olmağa çalışacaqlar. Bəlkə də ola bilsin ki, bu alındı amma axırda problem yaşaya bilər və hamısını birdən itirə bilərsiniz. Birlikdə olacağınız insanları daha diqqətli seçin. Xüsusilə xarici vətəndaşlara olan marağınız artacaq və tam başqa bir həyəcan yaşama istəyi baş qaldıracaqdır. Nə qədər diqqətli olsanız və özünüzü cilovlamağa çalışsanız bir o qədər xeyrinizə olar.

Yazdı: Aysel


Baxılıb: 275 dəfə Əlavə olunduğu tarix : 9 aprel 2007