Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Buğa bürcü
9 aprel - 15 aprel həftəsi üçün Buğa bürcünə proqnozlar

Bu həftə xüsusilə maddi məsələlərdə diqqətli olun. Bəzən həddən artıq səmimi olmaq yaxşı deyil. Məsələn maddi vəziyyətinizin yaxşı olduğunu öyrənən bəzi üzdəniraq dostlarınız qapınızda borc almaq üçün növbəyə dayana bilər. Onsuzda pulu var, heç gözünə də görsənməz qaytarmasam deyə fikirləşmələrinə səbəb ola bilər. Odur ki, ehtiyatlı olmağına dəyər. Digər bir məsələ isə sizin borclu olduğunuz şəxslərlər bağlıdır. Əvvəlcədən planlaşdırdığınız maddi qrafikiniz pozula bilər və bu sizin işlərinizi çətinə sala bilər. Əlinizə pul keçdiyini eşidən sizə borc verən şəxslər sizdən pullarını daha tez almaq istəyə bilərlər. Halbuki siz bu vəsaiti başqa məsələ üçün nəzərdə tutmuş ola bilərsiniz. Bu məsələlər üzərində həddən artıq düşünməyiniz sizi daha əsəbi və gərgin hala gətirə bilər. Diqqətsizlik edib tələbxərclik də edə bilərsiniz. Bəzən sanki nə qədər qənaətcilik etməyə çalışsanız da hər şey əksinə alınır sanki. Sonra onsuzda ödəyərəm deyib həddən artıq çox borc da götürməyin və yaxşı tanımadığınız insanlara borc verməyin.

Bu həftə şəxsi məsələlərdə  də cəsarətli olacaqsınız. Yeni bir münasibətə atılmaq istəyə bilərsiniz. Amma yaxşı olar ki, hisslərinizə çox qapılmayasınız və mümkün olmayacaq xəyallara dalmayasınız. Onsuzda sevgi hər şeyin öhdəsindən gələr deyib qarşınızdakının xasiyyətini dəyişməyə ümid etməyin. Təbiətini tam qəbul etmədiyiniz insanla sonradan peşiman olacağınız münasibət qurmağa çalışmayın. Məntiqinizlə hərəkət edin və düzgün yolu tapmağa çalışın. Əgər şəxsi biznesiniz varsa kənarda şərik almamağa diqqət göstərin.   Əgər bunu etməyə məcbur olsanız belə yaxşıca araşdırmadan heç bir qərar qəbul etməyin.

Yazdı: Aysel


Baxılıb: 314 dəfə Əlavə olunduğu tarix : 9 aprel 2007