Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Xərçəng bürcü

2 aprel - 8 aprel həftəsi üçün Xərçəng bürcünə proqnozlar



Bu həftə sizin üçün çox yaxşı keçəcək. Çox səbrli və dözümlü olacaqsınız. Buna görə də öhdənizə düşən bütün işləri uğurla başa vurmağınız çətin olmayacaq. Ağlınız da bu həftə çox iti işləyir. Hadisələrin gedişatını düzgün qiymətləndirmə qabiliyyətiniz də bu həftə sizə kömək olacaqdır. Proqnoz vermə qabiliyyətiniz bu həftə yqaxşı nəticələr göstərə bilər. Uzaqgörənliyiniz nəticəsində əsasən işiizlə bağlı məsələlər çox rahat həll olunacaqdır. Xüsusən biznesmen xərçənglər üçün həftə çox uğurlu keçəcəkdir. Bu həftə bəzi fürsətlər yaxalaya bilərsiniz və böyük ehtimal ki, bunları əldən verməyəcəksiniz. Rahat bir həftə keçirəcəksiniz.

Bu həftəniz qabaqcadan planlaşdırılmış iş qrafikini xatırladacaqdır. Şəxsi həyatda problem ehtimal olunmadığı kimi, iş həyatınız da uğurlu keçəcəkdir. Həftənin gündəmində iş həyatınız olacaqdır. Biznes görüşlərinizdə çalışqanlığınız və işinizə məsuliyyətlə yanaşmanız hamını heyran edəcəkdir. Çoxdandır əziyyət çəkdiyiniz və qiyməti bilinməyən bəzi layihələriniz də layiq olduqları diqqəti bu həftə cəlb edəcəklər. Bu həftəki şansınızdan maksimum istifadə edin və irəliləməyə çalışın. Onsuzda itirəcəyiniz bir şey yoxdur. Ən azından sonralar bu barədə fikirləşəndə ən azından şansımı yoxladım deyə bilmək üçün əlinizə düşən fürsətləri maksimum istifadə edin.




Yazdı: Aysel


Baxılıb: 246 dəfə Əlavə olunduğu tarix : 1 aprel 2007