Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Qoç bürcü

2 aprel - 8 aprel həftəsi üçün Qoç bürcünə proqnozlar



Bu həftə biraz inamsız keçə bilər. Həmişə gülərüz olmağa çalışmağınıza baxmayaraq bu həftə daxilən daha lirik olacaqsınız. Ətrafdakılar sizi adətən şükürlü və gələcəyə inamlı biri olaraq tanısa da bu həftə sizdəki inamsızlığı onlar da hiss edəcəklər. Bu həftə alacağınız bəzi xəbərlər gözləmədiyiniz şəkildə ola bilər. Təbbi ki, bu əhvalınıza təsir edəcəkdir. Hadisələrə həmişə yaxşı tərəfindən baxmağa çalışan siz, bu həftə daha bədbin və psimist olacaqsınız. İnsanlardan daha çox qayğı və sizə qarşı anlayış gözləyəcəksiniz, amma ətrafdakılarla həmişə məsafə saxlamağınız ücbatından yanınızda gözlədiyiniz qədər çox adam tapmaya bilərsiniz. Həssaslığınızın öhdəsindən gəlməyə çalışın.

Bu həftə bütün ərarları yüz ölçüb bir biçəcəksiniz. Sanki yaşadığınız ətrsliklər hansısa qərarı tələsik verməyiniz ücbatından olur. Siz belə fikirləşirsiniz. Ətrafdakılar sizin bu vəziyyətinizi anlamaqdan çətinlik çəkə bilərlər. Həftə boyu sizi anlamayan və məzəmmət edən insanlarla qarşılaşma ehtimalınız çox böyükdür. Sanki heç kim sizi anlamaq istəmir, əslində isə sizi xoşbəxt edə bilmək çox asandır, birazca anlayış, birazca qayğı və diqqət, birazca da sevgi. İştirak edəcəyiniz dəvətlərdə və sıx insan olan yerlərdə sizin bu durğunluğunuzu səhv başa düşə bilərlər. Bəlkə də zənn etdilər ki, siz özünüzü “yekəxana” aprarısınız. Bu həftə əsəblərinizi qorumağa çalışın və əlavə konfliktlərə getməyin.Həftənin əhvalına görə qabaqcadan özünüzü hadisələrə hazırlayın.




Yazdı: Aysel


Baxılıb: 242 dəfə Əlavə olunduğu tarix : 1 aprel 2007