Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Əkizlər bürcü

2 aprel - 8 aprel həftəsi üçün Əkizlər bürcünə proqnozlar


Bu həftə psixoloji baxımdan özünüzü o qədər də rahat hiss etməyə bilərsiniz. Sanki nəsə sizi narahat edir və gərgin olmağınıza səbəb olur. Səhhətiniz də sizi narahat edir. Sanki nəsə qaydasında deyil, ətrafınızdakılara bunu hiss etdirməməyə çalışsanız da bu sizi yaman düşündürü. Həddən artıq əsəbi və narahat hərəkətlərə yol verə bilərsiniz. Gündəlik rejiminiz də sizə heç xoş gəlmir. Sanki kimsə sizi bu həyatı yaşamağa məcbur edir. Azadlığına sizin qədər önəm verən birisi üçün kiminsə əmrlərilə yaşamaq və ya xətrinə nəsə etmək çox çətindir. Daxilən çox sıxılırsınız. Uzun zamandır yığdığınız problemlər adətən bir vulkan şiddətiylə partlamaması üçün daha diqqətli olun. Seçim qarşısında qala bilərsiniz. Bu o qədər də ürəyinizcə olmayan bir məsələ ilə bağlı da ola bilər.

Bu həftə nisbətən mənfi enerjilərin təsirinə daha çox məruz qala bilərsiniz. Həzz almadığınnız və etməyə məcbur olduğunuz işləri minimuma endirin. Yəni çalışın ən vacib olanları edin və işin arasında qısa-qısa fasilələr verin ki, iş sizin yox siz işin axırına çıxasınız. Məsləhətlətimizi qulaq ardına vurmayın və fasiıə verməyi yaddan çıxarmayın çünki heç nə sağlamlığınızdan daha vacib deyil. Bu həftə daxilən alqışlanmaq istəyiniz var. Yəni kiminsə sizi tərifləməsi sizə böyük həzz verəcəkdir. Daim diqqətlə xoşlanan siz bu həftə buna daha çox ehtiyac duyursunuz. Ətarfdakıların rəğbətini toplamaq sizin üçün vacibdir. Çünki bu sizə stimul verir. Bu həftə isə stimula böyük ehtiyacınız olacaqdır. Özünüzə diqqət yetirin və özünüzə qapanmamağa çalışın, depresiv ahval-ruhiyyəni özünüzdən uzaqlaşdırmağa çalışın.




Yazdı: Aysel


Baxılıb: 237 dəfə Əlavə olunduğu tarix : 1 aprel 2007