Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Xərçəng bürcü

26 mart - 1 aprel həftəsi üçün Xərçəng bürcünə proqnozlar



Bu həftə yad olduğunuz insanları arasında qəribə qarşılana bilərsiniz. Əslində xarakter etibarilə üzüyola və sevilən olmağınıza baxmayaraq bu həftənin gedişi fərqli də ola bilər. Bu həftə necə deyərlər “keçmişiniz qarşınıza çıxaca”. Bu keçmişinizdən bir insan da ola bilər. Hərhansısa bir hadisə də. Ancaq keçmişdən gələn bu xatirələr sizi özünüzə qapılmağa və düşüncələrə dalmağa məcbur edəcək. Keçmişlə bağlı yenidən götür qoy edə bilər və düşünə bilərsiniz. Bu fikirlər sizi həssaslaşdıra bilər.

Belə əhval ruhiyyə ilə şəxsi münasibətlərinizdə də problemlər yaşaya bilərsiniz. Ətrafınızdakı yaxınların sizin bu dalğınlığınız xoşuna gəlməyəcək və sizdən daha çox diqqət tələb edəcəklər. Bunlar isə sizə bu həftə sizə qarşı edilən təzyiqlər kimi görsənəcək. Yaxınlarınızdakılarla münasibətdə hərdəmxəyal olacaqsınız. Dediklərini qinləyəcəksiniz amma qulaq asmayacaqsınız. Cavablarınız üstəngetdi olacaq. Bir sözlə evdə laqeyid çöldə mehriban və diqqətli olacaqsınız. Özünüzü idarə etməyi bacarsanız xəbərdarlığımız işinizə yaraya da bilər.




Yazdı: Aysel


Baxılıb: 226 dəfə Əlavə olunduğu tarix : 26 mart 2007