Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Tərəzi bürcü

26 mart - 1 aprel həftəsi üçün Tərəzi bürcünə proqnozlar


Keçən həftənin bayram dalğınlığını üzərinizdən tez atacaqsınız. Xəyallardan yerə enişiniz biraz tez olacaqdır. Ailənizlə bağlı məsuliyyət hissiniz daha da artacaqdır. Həyata keçirmək istədiyiniz planları yenidən nəzərdən keçirəcək və hər şeyin dəqiqliyinə əmin olmaq istəyəcəksiniz. Ailənizlə bağlı istər maddi, istərsə də mənəvi məsələlərdə fikirləşməli olacaqsınız. Xərclərinizi qarşılamaq üçün yaxınlarınızdan kömək istəyə bilərsiniz. Amma kimdənsə asılı olmaq və daim kömək almaq istəmirsiniz, buna görə də dərindən fikirləşməli olacaqsınız.

Keçən həftənin təmtəraqlı əhval ruhiyyəsini yerini sakitliyə verəcək. Daha dərindən fikirləşəcək və götür qoy edəcəksiniz. Həddən artıq gərgin olduğunuz anlarda isə sevgilinizlə münasibətlərə diqqət yetirin. Problem yaşaya bilərsiniz. Xırda bir məsələni şişirdib böyük problemə çevirmə ehtimalınız var. Kompromisə getmək istəməyəcək və həyata olan hirsinizi hansısa bir yolla çıxmaq istəyəcəksiniz. Daha təmkinli və məntiqli olmaq məsləhətdir. Sonradan peşiman olmamaq üçün hərəkətlətinizi edərkən çox yaxşı fikirləşin. Problemlər həll olunmaq üçün yaranıb.




Yazdı: Aysel


Baxılıb: 210 dəfə Əlavə olunduğu tarix : 26 mart 2007