Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Əqrəb bürcü

26 mart - 1 aprel həftəsi üçün Əqrəb bürcünə proqnozlar


Bu həftə bir qədər gərgin olacaqsınız. Keçən həftənin bayram xərcləri ə maddi məsələlərdə hiss etdiyiniz narahatlıq özünü insanlarla münasibətlərdə göstərə bilər. Məsələlərə dərindən fikirləşmədən rekasiya verməniz nəticəsində problemlər yaranacaqdır. Əsasən şəxsi münasibətlərinizi qaydada saxlamaq istəyənlər bir qədər də ehtiyatlı olsunlar. Gərginliyin əsas səbəbi isə işinizin sizin üzərinizdə qurduğu təzyiq və məsuliyyətlər olacaq. Sizin fikrinizcə yaxınlarınız nələr yaşadığınızı başa düşmürlər. Amma sizi əsl əsəbləşdirən sizi onun başa düşməməyidir. Axı o hər sahədə olduğu kimi bu sahədə də sizi gözəl anlamalı idi.

Başınızdakı ikili suallar sizi narahat edir. Xüsusən iş adamları üçün bu daha aktual problem olacaqdır. Qərar vermə anı olduğundan çox aqresivsiniz. Ən kiçik bir səhvə belə dözümünüz yoxdur. Hər bir işiniz mükəmməl olmalıdır. Ay`ın yerini dəyişməsi sizin bürcünüzə də müsbət təsir göstərəcək. Ailəniz sizin bu gərginliyinizi hamıdan yaxşı başa düşəcək və sizə kömək etməyə çalışacaq

 




Yazdı: Aysel


Baxılıb: 177 dəfə Əlavə olunduğu tarix : 26 mart 2007