Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Xərçəng bürcü

12 mart - 18 mart həftəsi üçün Xərçəng bürcünə proqnozlar



Bu həftə daxili aləminiz biraz qarışıq olduğundan həftə də biraz gərgin keçəcəkdir. İşinizə həddən artıq aludə olmanız səbəbiylə reallıqlardan uzaqlaşma ehtimalınız var. Həddən artıq optimist olmaqdan qorxaraq hər detalın üstündə günlərcə dayanmaqdansa işi bilən daha təcrübəli insanlardan kömək almağa çalışın. Sizdən vəzifəcə böyük insanlarla münasibətlərdə tutulan hər səhvinizə kəskin reaksiya verməyə çalışmaqdansa qarşınızdakını dinləməyə çalışın və problemin nədə olduğunu aydınlaşdırın. Bu əsəbi vəziyyətiniz sizdən vəzifəcə aşağı insanlara “zəhərinizi tökməklə” keçib gedəsi olmadığını da başa düşün. Həddən artıq ağır iş qrafiki səhhətinizlə də problemlər yarada bilər. Amma bəlkə də bu problemlər ciddi olmasın və sadəcə yorğunluğun nəticəsi olsun. Amma həkim məsləhətini alsanız daha yaxşı olar. Belə eləsəniz ən azından işin  nə yerdə olduğunu biləcək və əsassız kaprislərlər atrafınızdakıları da narahat etməyəcəksiniz.

Bu həftəki enerjinizdən ən yaxı şəkildə istifadə etmək üçün ən öncəsi özünüzlə ziddiyətə düşməməlisiniz. İşlə bağlıməsələlərə qaldıqda isəəgər işlərinizi yaxşı planlaşdırsanız və iş qrafikinizi yaxşı qursanız həll edilməyəcək problem yoxdur.bir məsləhə tisə ondan ibarətdir ki, iş yerinizdəki sizə kömək etməyə çalışan işcilərinizə qarşı bir az daha öyrədici mövqedən yanaşsanz və işi necə daha rahat apara biləcəklərini onlara göstərsəniz onda onlar da sizə daha yaxşı xidmət göstərə bilərlər. Məsələləri gömək istədiğiniz kimi yox, olduğu kimi qiymətləndirməyə çalışın. Qarşınızdakının kim olduğundan və vəzifənizin nə olmasından asılı olmayaraq ən birinci işinizdə obyektiv olmağa çalışmalısınız. Ətarlı məlumata sahib olduğunuz məsələlərdə tərrəddüd edib vaxt itkisinə yol verməyin.





Yazdı: Aysel


Baxılıb: 264 dəfə Əlavə olunduğu tarix : 12 mart 2007