Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Qız bürcü

12 mart - 18 mart həftəsi üçün Qız bürcünə proqnozlar



Bu həftə ailənizlə bağlı bir məsələ ücbatından səfərə gedə bilərsiniz. Bu vəziyyət həftəlik proqramınızda dəyişiklik etməyinizə səbəb ola bilər. Uzaq səfərlərdə diqqətli olmağınız məsləhətdir. Yad adamlarla münasibətdə özünüzə olan inamınızı qorumağa çalışın.Gördüyünüz işin qarşılığını və haqqınızı tələb etməkdən isə çəkinməyin. Səfəriniz uzun çəkər deyə gedərkən ailənizin təhlükəsizliyini tam təmin etməyə səyy göstərin. Bu həftənin digər bir təsiri isə ətrafınızdakı bəzi insanların psimist düşüncələri ola bilər. Bu fikirlər sizi həddən artıq sıxa bilər və çox sərt reaksiya verə bilərsiniz. Sakitliyinizi qorumağa çalışın.

Bu həftə rahatlıq tapmağınız çətinləşə bilər. Hər kiçik bir detal və ya hərəkət sizi əsəbləşdirməyə qadirdir. Sanki hamı əl-ələ verib sizin həyatınızı dözülməz etməyə çalışırlar. Hər şeyi düşündüyünüz kimi demməyə çalışacağınız üçün işinizdə bəzi problemlər yaşa bilərsiniz. Xüsusən partnyorarınızla işinizdə ani bir əsəb böyük maddi ziyana düşmənizə səbəb ola bilər. İş yerindəki bəzi çalışanların məsiliyyətsizi ücbatından bəzi işləri planlaşdırdığınız vaxtda qurtarmama ehtimalı var. Bu da sizi əsəbləşdirən digər bir səbəb ola bilər. Eyni xoşəgəlməzliklər ailə həyatında da özünüzü göstərə bilər. Yersiz xərclər ailə büdcənizi lazımi səviyyədə saxlamaqda sizə maneə ola bilər.




Yazdı: Aysel


Baxılıb: 201 dəfə Əlavə olunduğu tarix : 12 mart 2007