Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Əqrəb bürcü

12 mart - 18 mart həftəsi üçün Əqrəb bürcünə proqnozlar



Bu həftə əsas fikirləriniz indiyə qədər yaşadığınız təcrübələriniz yöndədir. Artıq məsələlərə duyğularınızla deyil məntiqinizlə qiymət verməyə çalışacaqsınız. Hissləri bir kənara qoyub füşüncələrə önəm verməyə çalışacaqsınız. İnsanlara qarşı olan həddən artıq xoşniyyətiniz indiyə kimi bəzi həqiqətləri görməyinizə imkan verməyib - deyə fikirləşirsiniz. Ətrafınıza baxanda görürsünüz ki, hamı hansısa yeri tutub və bunu sizin köməyinizlə daha doğrusu sizdən sui-istifadə edərək əldə edibdir. Özünüz isə hələ də olmaq istədiyiniz yerdə deyilsiniz. Bu həftə özünüzü ön plana çəkməyə çalışacaq və “birinci özüm” məntiqiylə hərəkət etməyə çalışacaqsınız.

İşlə bağlı məsələlərdə yeni qərarlar verə bilərsiniz. Bilirsiniz ki, istəklərinizi həyata keçirməyin yeganə yolu maddi cəhətdən daha güclü olmaqdır. Bunun üçünsə daha yaxşı bir işə və koreyeraya ehtiyacınız var. Bu problemi həll etmək üçün daha yaradıcı çalışmaq və özünüzə yaxın hesab etdiyinizi insanları ətrafınıza yığmaq istəyəcəksiniz. Bütün bu qərarlar işinizlə bağlı yaxşı nəticələr vberə bilər. Bilirsiniz ki, problemləri həll etmək üçün onlarda qaçmaq yox, onlarla mübarizə etməkdir.





Yazdı: Aysel


Baxılıb: 275 dəfə Əlavə olunduğu tarix : 12 mart 2007