Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Əkizlər bürcü

12 mart - 18 mart həftəsi üçün Əkizlər bürcünə proqnozlar



Bu həftə sevgilinizlə yaranmış problemi həll etməyə çalışacaqsınız. Pismist düşüncələr təsiri altında olduğunuzdan güzəştə getməyi bacaracaq və problemin həlli üçün ona bir şans daha verəcəksiniz. Sizcə sevgi bütün kaprislərdən daha vacibdir və münasibətinizi qorumaq üçün hərdən güzəştə də getmək olar. Səyləriniz münasibətinizin qorunması yönündə olduğunda onunla görüşüb orta yol tapmağa çalışacaq və bir daha belə problemlərin yaşanmaması üçün qabaqcadan tədbir almağa çalışacaqsınız. Onunla birlikdə vaxt keçirməniz isə sevginizi daha da artmasına səbəb olacaqdır. Öz kaprislərinizi də qəbul edib qərarlarınızda onları da nəzərə alsanız və hər ikiniz kompromisə getməyə çalışsanız problemin həlli çox asan olacaqdır.

Sağlamlığınızla bağlı məsələlərdə qorxacaq ciddi bir dəyişiklik yoxdur. İşləriniz rahat həll olunacaqdır. Özünüzdə enerji tapsanız yarımçıq qalmış proektlərinizi də qurtarmağa çalışacaqsınız. Bizneslə məşğul olanlar üçünsə həftə düsusilə uğurludur. İşlə bağlı görüşlərinizdə yaxşı təsir bağışlayacaqsınız. Vəziyyətə həm də onların nəzərindən baxacağınız üçün sizdən nə tələb olunduğunu və tələbləri necə qarşılaya biləcəyinizi bilməniz və problemlərin həlli yollarınız bu başdan tapmağa çalışmanız qarşınızdakının rəğbətini qazanacaqdır.





Yazdı: Aysel


Baxılıb: 211 dəfə Əlavə olunduğu tarix : 12 mart 2007