Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Tərəzi bürcü

5 mart - 11 mart həftəsi üçün Tərəzi bürcünə proqnozlar


Bu həftə duyğularınız güclü və həssaslığınız yüksək olacaqdır. Bu duyğuları heç kimlə bölüşmək istəməyə bilərsiniz. Ətrafınızdakı insanların sizi başa düşməyəklərini zənn edəcəksiniz. Yalnızlığa meylli bir ruh halı içərisində olacaqsınız. Ətrafdakılara qarşı tez-tez incikliklər hiss edə bilərsiniz. Yalnız qaldığınızda nəvazişli və empatik hisslər içərisində olduğunuz halda bəziləri bunu görmək istəməyə bilər. Ailənizlə bağlı məsələlərdə müxtəlif problemlər gündəmə gələ bilər. Onların bəzi tələbləri sizin daha tərs hərəkət etmənizə səbəb ola bilər. Daha sakit olmağa çalışın.

Bu həftə borclarınızla və ya səhhətinizlə bağlı məslələrdə problem yaşaya bilərsiniz. Mədənizdə problemlər yaşamamaq üçün özünüzə diqqəti artırın. Daha yüngül yeməklər yeməyə çalışın və idmana vaxt ayırın. Bütün bunlar qabaqcadan -  tədbir almağınız problemlər yaşamağınız ehtimalın azaldacaqdır. Maddi məsələlərlə bağlı dəyişiklik gündəmə gələ bilər.  Adət halına gəlmiş məsələlərdə yenilik istəyəcəksiniz




Yazdı: Aysel


Baxılıb: 199 dəfə Əlavə olunduğu tarix : 5 mart 2007