Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Oxatan bürcü

5 mart - 11 mart həftəsi üçün Oxatan bürcünə proqnozlar



Bu həftə özünüzü başqaları tərəfindən mahdudlaşdırılmış və çox qatı sərhədlər içərisinə salınmış hiss edəcəksiniz. Etmək istədiklərinizdən qəsdən uzaq saxlandığınızı fikirləşəcəksiniz. Bu hisslər sizdə böyük gərginliyə və səsəbə səbəb ola bilər. Problemlərizi nə yanınıda gəzdirin nə də arxanızda qoyub uzaqlaşmayın. Neqativ düşüncələr bir bumerang kimi sizə geri qayıdacaqdır. Əgər insanlar bu günlərdə sizi qiymətləndirə bilmirlərsə çox çətin olsa da işinizi layiqincə yerinə yetirin ki, irəlidə “diliniz uzun” olsun. Çətin bir həftədir amma çox da narahat olmayın. Əgər çox narahatlıq hiss etsəniz səhhətinizlə bağlı problemlər yaşama ehtimalınız var. Inanın ki, buna o qədər əhəmiyyət vermək lazım deyil.

Bu həftə tələsik danışmaqdan və alovlu məsələləri yerindəcə əsəbi halda həll etməyə çalışmaqdan qaçınmalısınız. Həyata keçirilməsi çətin fikirlər, narahat hərəkətlər, əsəbi aura, narazı insanlar bu həftə yaşayacağınız gözlənilməzliklər arasında ola bilər. Səfər planınızda da ani dəyişikliklər ola bilər. Səfər zamanı mümkün problemlərdən sığortalanmaq üçün daha diqqətli olun. Xüsusən tələsik hərəkət etməniz sizin xeyrinizə olmayacaq. Xəbərdarlıqları nəzər alsanız normal bir həftə keçirə bilərsiniz. Çalışın nə qədər çətin olmasına baxmayaraq hər şeyə yaxşı tərəfdən baxasınız və başınız özünüzə qarışıb xanımları təbrik etməyi unutmayasınız. 




Yazdı: Aysel


Baxılıb: 198 dəfə Əlavə olunduğu tarix : 5 mart 2007