Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Buğa bürcü

5 mart - 11 mart həftəsi üçün Buğa bürcünə proqnozlar


Bu həftə ətrafınızdakı insanlara daha sevgi dolu və səmimi davranaraq, daha asan uyğunlaşacaqsınız. Ruhi vəziyyətinizdə dəyişənliyə meyl var. Üzünüzə bağlı qapılara və sizi təzyiq altında saxlamaq istəyən hər bir şeyə qarşı çox ciddi daxili etirazınız var. Hər qərarı öz xoşunuzla vermək, hər bir işi könüllü həyata keçirmək istəyirsiniz. Bu həftə bu fikirlər sizi öz təsirinə salıb. Heç kim sizin üzərinizdə hakimiyyət qurmağa çalışmamalıdır. Bu sizi gərginləşdirə bilər. Amma nadir hallarda bunların üstündən keçə bilərsiniz.

Bu həftə çox ağıllı, enerjili, hazırcavab və yaradıcı “dalğa”lara sahib olacaqsınız. Güclənən uzaqgörənliyiniz sizə kömək olacaqdır. Sanki gələcəyinizlə bağlı bəzi şeyləri hiss edirsiniz. Sanki bu həftə kiminlə münasibətdə olsanız onunla bağlı bəzi şeyləri hiss edirsiniz. Bunlar çox kiçik detallar da ola bilər. Orijinal fikirlərinizi xüsusən də evdə həyata keçirmək istəyirsiniz. Və ya öz eviniz kimi qəbul etdiyiniz (ofisiniz də ola bilər) yerlərdə sizin dəyişim meylinizin mehini əsdirmək istəyirsiniz. Məntiqli fikirləriniz üçün addım atmaqdan çəkinməyin. Əsəblərinizə hakim olun və heç kimin, xüsusən də ailə fərdlərinizin xətrinə dəyməməyə diqqət göstərin



Yazdı: Aysel


Baxılıb: 265 dəfə Əlavə olunduğu tarix : 5 mart 2007