Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Balıq bürcü

5 mart - 11 mart həftəsi üçün Balıq bürcünə proqnozlar



Bu həftə ay bədrlənməsi sizin ikili münasibətlərinizdə hansısa dövrün başa çatmasından xəbər verir. Münasibətlərinizə bəslədyiniz fərqli fikirlər səbəbiylə artıq dönüşü olmayan bir yola getmisiniz. Aranızdakı dioloqlarda son günlərdə bir-birinizi anlamamanız və heç cür istənilən kontaktı yarada bilməməyiniz problemlərinizin böyüməsinə gətirib çıxara bilər. Yaxşı olardıkı qürurunuzun əsiriniə çevrilməyəsiniz və münasibətinizi xilas etmək üçün son bir dəfə görüşüb danışmağa çalışasınız. Ən azından bu hərəkəti sonra özünüzə hesabat verərkən “mən əlimdən gələni etdim” deyə bilmək üçün etməlisiniz.

Əgər münasibətlərinizi yoluna qoya bilməsəniz belə bacardığınız qədər xoş ayrılmağa çalışın və qarşı tərəfi yersiz yerə yaralamağa çalışmayın. Bütün münasibətlərdə 2 tərəf iştirak edir və yolunda getməyən nəsə var idisə bunda sizin də kiçik də olsa yəqin ki, payınız olub. Münasibətləri çox da korlamadan, ən azından sonralara bir-birinizi görəndə salamınızı alacaq səviyyədə mədəni bir şəkildə ayrılmağa çalışın. Bürcün kişi nümayəndələri isə əsl centelmen kimi hər nə olursa olsun qarşı tərəfi bir mesajla da olsa təbrik etməyə çalışsın. Ən azından münasibətə sərf etdiyiniz sevgi və əməyə heyfiniz gəlsin.



Yazdı: Aysel


Baxılıb: 182 dəfə Əlavə olunduğu tarix : 5 mart 2007