Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Xərçəng bürcü

Bu həftə heç bir əsası olmadan şübhələr içinə düşə bilərsiniz. Bir tərəfdən bacardığınız qədər optimist olmağa çalışdığınız halda, digər tərəfdən daxili aləminizə qapılaraq daha depresiv əhvalda ola bilərsiniz. Hətta heç kimin sizi başa düşmədiyini fikirləşərək, bütün həftə özünüzə əziyyət verə bilərsiniz. Sanki xatırlanmaq və dəyərinizin bilinməsini istəyirsiniz. İstəyirsiniz ki, ətrafdakılar sizin üçün darıxsın. Özünüzü duyğusal tərəfdən sığortalamaq üçün yalnızlıq ən etibarlı variant kimi görünə bilər. Bu yalnızlıq adətən yenidən güc toplamağınız üçün verdiyiniz bir fasiləyə bənzəyir. Ayrılıqlara qarşı artıq dözüm göstərmək istəmirsiniz. Hələ də ağlınızdakı bəzu sualların cavabı aydınlaşmadığı üçün narahat bir həftə keçirə bilərsiniz.

Yaxşı olardı ki, bu həftə vacib bir qərar verməyəsiniz. Daha çox fikirləşmək və götür-qoy etmək üçün daha uyğun əhvaldasınız. Bu əhval-ruhiyyəylə verəcəyiniz hərhansı qərar sonradan peşimançılıqla nəticələnə bilər. Əgər bu bədbin amosferinizə daha da qapılsanız, təbii ki, yeməyə olan marağınız artacaq və nəylə sə məşğul olmaq adına yemək-yeməyə başlayacaqsınız. Üstəlik ətrafdakıların sizə məsləhət verməsi və hər şeyi “ağ rəngdə görməsi” sizi özünüzdən çıxara bilər. Amma daxilən hər şeyin qaydasına düşəcəyi inamına sahibsiniz və əgər özünüzü ələ almağa çalışsanız həftə bitmədən “üzərinizdəki qara buludları” qova bilərsiniz.




Yazdı: Aysel


Baxılıb: 206 dəfə Əlavə olunduğu tarix : 27 fevral 2007