Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Tərəzi bürcü

Bu həftə ürəyinizin əmr etdiyi kimi hərəkət edəcək və əylənəcəksiniz. Son dərəcə ahəng içərisində hər şeyin xoş və gözəl keçməsiniz tənzimləyəcək enerjiyə sahibsiniz. Bu həftə çoxdandır görmək istəyiniz bir insanla görüşmə ehtimalınız var. Qısa səfərdən sonra baş tuta biləcək bu görüş gozlədiyinizdən daha çox zövq verəcək. Bəlkə bəzi şeylər üçün “çox tezdir” və ya “artıq gecikmişəm” deyə fikirləşə biləərsiniz. Bundansa yaşadığınız anın həzzinə varın.

Uzun ayrılıqdan sonra bu duyğuları yenidən yaşamaq sizə çox müsbət təsir edəcək. Heç kimlə hesablaşmadan dəlisov bir münasibət qurmaq hissi sizi öz ağuşuna alıb. Ətrafdakıların təzyiqi və üzərinzdə toplaşan nəzərlər artıq çoxdandır ki, özünüzü belə rahat hiss etməyinizə mane olurdu. Çox tələbiniz yoxdur – sadəcə sevmək və sevilmək istəyirsiniz. Münasibətlərində problem yaşayan Tərəzilər də bu həftə sevdiklərinin könlün almağa çalışacaq və onlarla xoş vaxt keçirməyə çalışacaqlar. Qısa ayrılığı münasibətinizə müsbət təsir etdiyini sonradan görəcəksiniz.

 



Yazdı: Aysel


Baxılıb: 163 dəfə Əlavə olunduğu tarix : 27 fevral 2007