Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Qoç bürcü

Bu həftə sizin üçün əslində nəyin vacib olduğunu tapmağa çalışacaq və öz xoşbəxtliyiniz üçün nəsə etmək istəyəcəksiniz. Əvvəllər fərqinə varmadığınız bəzi şeylər daha da aydınlaşacaq. Nəsə etməyə çalışmalı və fürsətlərdən lazımınca istifadə etməli olduğunuzu fikirləşəcəksiniz. Hisslərinizlə bağlı münasibətlərdə də götür-qoy etməli və hər şeyi qaydasına salmalısınız. Çoxdandır bu həyəcana ehtiyac duyurdunuz və artıq istədiyiniz fürsət çox yaxınızdadır. Artıq hər şeyi qaydasına salmaq istəyəcək və özünüz üçün yeni qaydalar tərtib etməyə çalışacaqsınız. Münasibətləriniz də belə səliqə axtaracaqsınız. Təbiətinizə uzaq olan həyata bu tərz yanaşma həftə boyu hiss ediləcək. Həyata yeni zəzərlərlə baxmaq istəyəcəksiniz. Doymadan bolluca yaşamalı, bezmədən dolu-dolu sevməli deyə fikirləşəcəsksiniz.

Bu həftə bəzi insanların xətrinə dəymədən bacardığınız qədər nəzakətlə bəzi insanlarla yollarınızı ayırmalı olduğunuzu fikirləşə bilərsiniz. Yenilik etməyi hər sahədə istəyəcəksiniz.  Sizi daha da gücləndirəcək və zəifliklərinizi aradan qaldıracaq bütün fikirlərə isti baxırsınız. Xoşunuza gəlməyən hər bir detalı həyatınızdan uzaqlaşdırmaq istəyəcəksiniz, həyatı vaxt itirməədən yaşamaq lazım oldu kimi fikr sizin devizinizə çevriləcək. Bu enerji həyatınızda yeni mərhələni başladacaq potensiala malikdir. Daxilinizdə baş qaldıran bu hissləri yaşamaq sizin üçün həddən ziyadə xoş olacaq. “Hamı bu hissləri yaşamalıdır” deyə fikirləşəcəksiniz. Hətta çoxlarının iradları belə sizin vecinizə olmayacaq



Yazdı: Aysel


Baxılıb: 200 dəfə Əlavə olunduğu tarix : 27 fevral 2007