Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Qız bürcü

Bu həftə daxilinizdəki azadlıq istəyi daha da artacaqdır. Bu sizin adət etdiyiniz bir əhval ruhiyyə olmamasına baxmayaraq heç kimin sizin üzərinizdə hakimiyyət qurmasına icazə vermək istəməyəcəksiniz. İşinizlə əlaqədar hansısa seminar və yığıncağa getmə ehtimalınız var. Oradakı tanışlıqlar sayəsində daha təcrebəli kolleqalarınızdan alacağınız məsləhətlər işinizdə daha da irəliləməyinizə səbəb ola bilər. Bu insanların öz sahələrində bir nömrə olduğunu bilirsiniz. Həftə boyu daha çox işlə maraqlanmağa çalışacaq və şəxsi münasibətlərin çox dərininə gedərək yarana biləcək problemlərdən qaçmağa çalışacaqsınız. Belə xırda məsələlərin nə qədər böyük problemə çevrilə bildiyini artıq həyat təcrübəniz sizə göstərib.

 Bu həftə duyğusal aləmdəki gərginlik sizi tanıdıqlarınızdan daha çox yadlara tərəf cəlb edir. Yeni insanlar tanımaq, biraz da olsun köhnə problemləri unutmaq istəyirsiniz. Həm başınızı qatmaq, həm də vaxt keçirmək üçün bu ideal variant kimi görünə bilər. Bunun üçündə həmişə olduğunuz yerlərə yox, Heç tanımadığınız məkanlara üz tutacaqsınız. Heç olmasa 3-4 gün problemlər arxada qalsın – deyə fikirləşəcəksiniz. Nə istəyirsinizsə onu yaşamağa çalışın.


Yazdı: Aysel


Baxılıb: 175 dəfə Əlavə olunduğu tarix : 27 fevral 2007