Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Əkizlər bürcü

Bu həftə qlbiniz anki surpriz bir enerjiyl və həyəcanla aşıb-daşır. Yerinizdə dayana bilmirsiniz. Yeni bir şey etmək istəyi yaranacaq. Hadusələrə subyektiv reaksiya vermək tərəfindəsiniz. Bu həftə “ayağım hara, başım da ora” prinsipilə heç kimlə hesablaşmadan və ya heç kimin sizin üçün qurduğu proqrama daxil olmadan sərbəst hərəkət emək istəyəcəksiniz. Üzərinizdə məsuliyyətin ağırlığı olmadan, yorğunluqdan can qurtarmaq və biarz istirahət etmək üçün qeyri-adi bir təcrübə yaşamaq istəyəcəksiniz. Bəlkə də sevgilinizlə bərabər qısaa bir səfər proqramı qurmaq istəyəcəksiniz. Bəlkə də standartlardan kənara çıxıb təkbaşınıza harasa gedib əylənmək istəyəsiniz. Seçim sizə qalıb.

Bu həftə özünüz-özünüzlə nazını çəkdiyiniz uşaq kimi davranmaq istəyəcəksiniz və bacardığınız qədər istəkləriniz hərəkətlərinizi yönləndirəcək. Həmişəkindən fərqli geyinmək, fərqli bir saç düzümü etmək istəyə bilərsiniz. Hədəfinizsə ətrafdakıları özünüzə heyran qoymaq olacaqdır. Yenilik mehi öyrənmək istəyinizi də közərdəcəkdir. Danışmaq, dinləmək, öyrənmək və sizə maraqlı gələn sahələrdə araştırma etmək istəyə bilərsiniz. Amma bu sizin həyatınıza təsir etməməli və  məcburiyyətə çevrilməməlidir deya düşünəcəksiniz. Buna görə kurslardan və seminarlardan uzaq duracaqsınız. Əhval-ruhiyyənizdə də lazımınca optimistlik hiss olunur. Münasibətləri pozmadan onunla heç olmasa 3-4 gün görüşmədən necə özünüzə istirahət verə biləcəyinizi götür-qoy edə bilərsiniz. Bu günlər ərzində hər iki tərəf istədiyi kimi istirahət etməlidir ! – deyə fikirləşəcəksiniz.



Yazdı : Aysel


Baxılıb: 200 dəfə Əlavə olunduğu tarix : 27 fevral 2007