Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Qız bürcü

19 fevral - 25 fevral həftəsi üçün Qız bürcünə proqnozlar


Bu həftə məntiqinizlə hissləriniz toqquşa bilər. Bu vəziyyət ən çox sevdiyiniz insanla aranızdakı münasibətdə hiss edilə bilər. Münasibətinizə çox önəm verməyinizə baxmayaraq, heçnədən kiçik məsələlərdə problem yarada bilərsiniz. Münasibətinizdə böyük bir problemin yaşanmadığını bilməyinizə baxmayaraq, onun səhvlərini tənbeh edə bilər və problem çıxara bilərsiniz. Əslində buna səbəb sizin son günlərdəki yorğunluğunuz və keyfinizin o qədər yaxşı olmamasıdır. Həqiqətlərlə üzləşməmə meyliniz və məsuliyyətləriniz sizi yora bilər. Ətrafınızdakı hər şeyi mzəmmət etmə istəyi sizə hakim olacaqdır.

Bu həftə xüsusən sevgilinizlə münasibətinizdə daha diqqətli olmalısınız. Xırda məsələlərə fikri verməyin və üstündən tez keçməyə çalışın. Həllini tez tapmağa çalışın. Hərəkətləriniz nə qədər gərgin olsa da onunla danışıb bu həftə sizə qarşı daha anlayışlı olmasını xahiş edin. Özülüyünüzdə tarazlığı qorumağa çalışın. Vacib məsələlərdə tələsgənlik edib tez qərar verməyin. Bu ruh halınız bəlkə də həftəin ikinci yarısından etibarən bir qədər yaxşılaşdı.



Yazdı: Aysel


Baxılıb: 156 dəfə Əlavə olunduğu tarix : 19 fevral 2007