Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Balıq bürcü

19 fevral - 25 fevral həftəsi üçün Balıq bürcünə proqnozlar



Bu həftə hisslərinizi biruzə şəkliniz daha mehriban olacaqdır. Duyğusal və centlmen hərəkətlərinizlə ətrafdakıların rəğbətini qazanacaqsınız. Xəyal gücünüzün yüksək olacaq və romantik ruh halında olacaqsınız. Şubhədən uzaq və sevgi dolu enerjiynən həyatı qucaqlayacaqsınız. Bütün istəyiniz həyatınızda istədiyiniz tarazlığı yaratmaqdan yana olacaqdır. Qarşınızdakı kim olusa olsun qərar verərkən obyektiv olmağa çalışacaqsınız. Bu həftəki enerjinizin köməyilə yarana biləcək istənilən problemi həll etməyiniz asan olacaqdır.

Bu həftə sevdiklərinizin problemləriylə maraqlanmaq istəyəcək və əlinizdən gələn qədər onlara dəstək olmağa çalışacaqsınız. Uzaqgörənliyinizin də yüksək olacağı bir həftədir. Mövzusundan asılı olmayaraq marağınıza səbəb olan isətnilən məlumatı tapa biləcəksiniz. Sevdiyiniz insanın və ya yaxınlarınızın nə istədiyini daxilən hiss edə biləcək və bunun köməkliyilə münasibətinizə yeni xoş bir çalar əlavə etmiş olacaqsınız. Hətta yuxularınızda belə gələcəyinizlə bağlı kiçicik cavablar görə bilərsiniz. Bu həftə ən çox diqqət yetirməli olduğunuz məsələ isə : əsla və əsla çox yaxşı tanımadan onlar haqqında ümid edərək həyatı bir qərar qəbul etməyin..



Yazdı: Aysel


Baxılıb: 162 dəfə Əlavə olunduğu tarix : 19 fevral 2007