Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Biznes qoroskop

QOÇ


Fal2007-ci il Qoç üçün hələ 2006-cı ildə başlayan, gələcəyə doğru böyük səyahətin davamı olan keçid dövrünün davamıdır. Bu il keçmiş bir neçə ildən uğurlu olacaq, lakin məqsədə asan və problemsiz nail olmağa ümid etmək olmaz: səbr, qənaət, intizam və gərgin əmək - Qoçların bu ildəki ən yaxın müttəfiqi bunlardır. Xaricə işgüzar səfərlər, həmçinin, əcnəbi tərəfdaşlarla münasibətlər uğurlu olacaq. Bu il Qoçlara peşəkarlıq səviyyələrini yüksəltmək haqqında fikirləşmək gərəkdir. İl gələcək fəaliyyətlərini planlaşdırmaqla və maddi nemətləri inventarlaşdırmaqla başlayacaq. Yanvardan maya Qoçlara köhnə əlaqələri yeniləşdirmək və yeni faydalı işgüzar tanışlar tapmaq müyəssər olacaq. İl ərzində işlərinizdə riskə getmək və nə qədər cəlbedici və faydalı görünmələrinə baxmayaraq, maliyyə avantüralarına uymaq lazım deyil. Mayın 15-dən iyunun 25-dək - Marsın sizin bürcünüzdə olduğu vaxt, ən uğurlu olacaq və sizə keyfiyyətcə yeni karyera səviyyəsinə çıxmağa imkan verəcək.
Maliyyə baxımından faydalı ola biləcək vaxt - ilin birinci yarısıdır, xüsusilə aprel və may ayları, noyabr və dekabr aylarının axırlarında ehtiyatlı olmaq məsləhət görülür.


BUĞA


Planetlərin yerləşməsi Buğalara miras almaq, cehiz və yaxud risklə bağlı hərəkətlərdən gəlir götürmək vəd edir. İlin birinci yarısında Buğaların üzərinə o qədər iş və vəzifə düşəcək ki, onlar ruhdan düşə bilər. Buğalar buna heç bir vəchlə yol verməməlidirlər – yaxşı olar ki, onlar güclərini, ilk növbədə, yerinə yetirilməsi zəruri olan işlərə, yəni işlərini siyahıya almağa və qaydaya salmağa sərf etsinlər. Bu şərtləri sözsüz yerinə yetirən Buğalara Saturn xeyirxah olacaq və onlara öz işlərini qaydaya salmaq üçün iki əla imkan verəcək - bir tərəfdən, varislik məsələsi həll olunacaq, digər tərəfdən isə onlar daşınmaz əmlak əməliyyatlarından gəlir götürəcəklər. Maliyyə baxımından faydalı vaxt mart və aprel aylarıdır. İyunda ehtiyatlı olmaq lazımdır.


ƏKİZLƏR


2007-ci il Əkizlərin adəti aktivliklərini bir qədər məhdudlaşdıracaq. Bu şən və parlaq bürcün nümayəndələrinin yaddaşında özünəqapanma, tənhalıq, əsaslı və hətta bitərəflilik qədər təmkinli olmaq dövrü kimi yadda qalacaq. Minimum kontaktlar, yalnız ən zəruri və işgüzar olanlar həyata keçəcək. Səfərlər məcburi və heç də uğurlu olmayacaq. Lakin bu, Əkizlərin hətta xoşuna gələcək, onlar bunu məcburi məhkumluq kimi yox, öz ideyalarını sakitcə götür-qoy etmək, işlərini qaydaya salmaq və öz hisslərini araşdırmaq imkanı kimi qiymətləndirəcəklər. Öz münasibətlərini araşdırmaqla məşğul olan Saturn və Neptunun maneələrinə baxmayaraq, Əkizlərin karyerası - misilsiz müvəffəqiyyətli olmasa da, çox uğurlu olacaq və onlara dayanıqlı karyera yüksəlişi təmin ediləcək. İşlərini qaydaya salmaq üçün ən uğurlu dövr aprel və may aylarıdır. Elə bu zaman heç də pis olmayan qazanc və əlverişli sazişlər bağlamaq mümkün olacaq. Avqustun axırlarında ehtiyatlı olmaq lazımdır, çünki bu zaman Mars Yupiterlə münaqişədə olacaq, bu da, öz növbəsində, biznesdə problemlərin yaranması ilə nəticələnə bilər.


XƏRÇƏNG


2007-ci ildə Xərçənglər ev mühasibatı ilə maraqlanacaqlar, xərc və gəlirlərinin hesabını aparmağa, həmçinin, xərclərini planlaşdırmağa və ehtiyatlı olmağa başlayacaqlar. Bu dövrdə hətta ən səxavətlilərdə belə pula və əldə etdiklərinə düşünərək yanaşmaq tendensiyası müşahidə olunacaq. Bunun nəticəsində lazımlı şeylər alınacaq və «qara gün» üçün vəsait ayıracaqlar. Vəsaitlərin düşünülmüş qoyuluşu heç də pis olmayan faiz gətirəcək. Xərçənglər öz doğmalarından intizam və hər şeyin haqq-hesabını aparmağı, qənaətcil olmağı tələb edəcəklər - bax burada mübahisələr və fikir ayrılıqları mümkündür. İşdə hər şey qaydasındadır. Mərhəmətli Yupiter Xərçənglərə karyeralarında yüksəlmək üçün yeni imkanlar verəcək. Xərçəngləri müsbət dəyişikliklər - maaşın artması, daha yüksək vəzifəyə keçmək və yaxud daha uğurlu və əlverişli işə düzəlmək şansı gözləyir. 2007-ci ilin yanvarın birinci yarısında, hamının istirahət etdiyi bir vaxtda, Xərçənglər surətli karyera üçün yer hazırlamağa başlayacaqlar və nəhayət, mayda bu cəhdlər pul mükafatları, əhəmiyyətli gəlirlər şəklində şirin bar verməyə başlayacaq. Xərçəngləri oktyabrın əvvəllərindən ilin axırına kimi əsl uğur gözləyir - Xərçənglər elə bir məhsul yığacaqlar ki, 2006-cı ilin əvvəlindən bu günə qədər əl çatmayan maddi nemətlər əldə etmək imkanları haqqında ciddi düşünəcəklər.


ŞİR


Qaşqabaqlı Saturn Şirləri hələ sakit buraxmır. Lakin xoşbəxt dəyişikliklər artıq uzaqda deyil və həmin dəyişikliklər möhtəşəm Şirlərin həyatlarının bütün sahələrinə hiss olunacaq canlanma gətirəcək. 2007-ci ildə Saturnun təsiri Oxatanla Yupiterin dostluq əlamətində olması ilə əlaqədar zəifləyəcək. Şirlərə özünü göstərmək və istənilən vəziyyətdə əhəmiyyətli rol oynamaq üçün böyük imkanlar yaranacaq. Yanvar-fevral aylarında xüsusilə ehtiyatlı olmaq lazımdır – nəticədə Şirlər üçün şərəfsizlik və aldanışla qurtara biləcək gizli, yaxud qeyri-qanuni kontraktlar bağlamaq üçün şirnikləndirici imkanlar yarana bilər.
May isə əksinə uğurlu aydır. Bu təcrübə, ideyalar və planlar mübadiləsi üçün əlverişli vaxtdır. Dostlarla yaxşı, mehriban münasibətlər qurulur. Lakin dostlarınızı biznesə yaxın buraxmayın - onların işə laqeyd və ya düşünülməmiş münasibəti ucbatından ciddi, perspektivli planlarınız puç ola bilər. Sentyabrda Şirləri karyeralarında əhəmiyyətli yüksəliş və məvaciblərinə artım gözlənilir. Varislik, vergi və sığorta məsələləri tez və problemsiz həll olunacaq.


QIZ


Yüksək dərəcədə məsuliyyət və özünü qurban vermək hissi Qızları öz üzərinə ağır, lakin ödənişli vəzifələr götürməyə məcbur edə bilər. 2007-ci il hər cəhətdən uğurlu olacaq. Yupiter Qızlar üçün əlverişli nöqtədə olduqda onların güzəranının yaxşı tərəfə dəyişdirilməsi üçün şərait yarada bilər. Başqa yerə köçmək, mənzil almaq, təmir və ya bağ evi almaq, yeni mebel və digər komfort əşyaları almaq mümkündür. Qızlar üçün ən uğurlu vaxt - fevral-aprel aylarıdır. Bu aylar ərzində Qızlar peşəkar fəaliyyətini daha maraqlı, əlverişli və faydalı sahələrə yönəltmək imkanı əldə edəcəklər. Əgər iş onları qane edirsə, sürətli hiss olunacaq karyera yüksəlişi mümkündür. Lakin bu firavanlıq o qədər böyük zəhmət hesabına başa gələcək ki, Qızlar xüsusi sevinc hissi duymayacaq.
Noyabrda xarici ölkələrə səfərbər, əcnəbi partnyorlarla əlverişli sazişlərin bağlanılması mümkündür. İyun və sentyabrda xüsusilə özgə pulları ilə rəftarda ehtiyatlı olmaq lazımdır. Həmçinin əmlakın qorunmasının da qayğısına qalmaq məsləhət görülür - oğurluq və qarət olunma təhlükəsi də çox böyükdür. Bu dövrdə zinət əşyaları, həmçinin, bahalı zərgərlik məmulatları almaq lazım deyil - sonralar istənilən şeyləri daha ucuz qiymətə almaq imkanı yaranacaq.


TƏRƏZİ


2007-ci il Tərəzilərdən plan və layihələrin qaydaya salınmasını tələb edir. Hər şey əsaslı şəkildə düşünülməli və sahmana salınmalıdır. Saturn hətta ən neqativ hallarda belə, adətən, Tərəzilərə qarşı xeyirxahlıq və onlara öz talelərini tənzimləmək üçün şans verir. Yaşlı şəxslərlə ciddi işgüzar əlaqələr, yaxud mötəbər və etibarlı dostlar əmələ gələ bilər. Bu il Tərəzilər çoxlu səfər edəcək və müxtəlif adamlarla tanış olacaqlar. Qalan vaxt isə öz intuisiyalarını işə salıb dələduzların qurbanı olmamağı çalışmalıdırlar. İşdə Tərəzilərdə hər şey öz qaydasındadır. Ötən il Tərəzilər öz fəaliyyətlərinin nəticələrini görmədiklərinə baxmayaraq, gərgin işləməyə məcbur olmuşlar və budur, indi məhsul yığmaq vaxtı gəlib çatıb. Peşələrində Tərəzilər ixtiraçılıq bacarıqlarını göstərib, ağıllı və səmərəli təkliflərlə çıxış edəcəklər. Biznesin inkişafı üçün ən yaxşı vaxt mart və aprel aylarıdır. Avqustun axırlarında Tərəzilər öz maddi vəziyyətlərini əhəmiyyətli dərəcədə düzəldəcək. Biznes üçün ən uğursuz vaxt isə noyabr ayıdır.

ƏQRƏB


Gələn il Əqrəblər pul qazanmaqla məşğul olacaqlar. Əlavə maddi nemətlər, pul və onu qazanmağın çoxlu üsulu əmələ gələcək. Fevraldan noyabra qədərki dövrdə maksimum gəlir gözlənilir. Lakin Saturn Kommersant-Əqrəblərə heç də iltifatlı deyil, ona görə də gəlir və ziyanlar növbələşəcək. Belə ki, gəlir artdıqca, itkilər də çoxalacaq.
May və iyun ayları Əqrəblərin karyeralarında yeganə əlverişli dövrdür. Bu vaxt elə bir saziş bağlamaq mümkün olacaq ki, o 2008-ci ilin əvvəlində əla nəticə verəcək. Payızda pulla rəftarda ehtiyatlı olmaq və verdiyiniz sözə əməl etmək lazımdır. Xaricilərlə aktiv və səmərəli əlaqələr yaranacaq.


OXATAN


Oxatanları çox gözəl il gözləyir. Saturn və Neptun planetlərinin ədavət aparması onların heç vecinə deyil, çünki onların əlamətində il boyu Yupiter ağalıq edir. Ancaq xarici səfərlərə və uzaq yola yollanmaq lazım deyil. Belə olduqda, sənədlərlə, yerli hökumətlə çətinlik yarana bilər. Planetlərin düzümü onları böyük enerji axını ilə təmin edəcək ki, bu da Oxatanları karyeralarında iri addımlarla irəli aparacaq.
Oxatanlar özlərində fövqəladə bacarıq hiss edəcəklər. Belə ki, onlarda tükənməz fəaliyyət hissi əmələ gələcək. Xüsusilə avqustun sonu, sentyabrın əvvəli karyera yüksəlişi üçün əlverişlidir. Bu dövrdə hər şey onlar üçün mümkün olacaq. Yaxşı iş perspektivi ilə başqa şəhərə köçmək ehtimalı mümkündür. Oktyabrın ortasında iki həftə il ərzində yeganə dövrdür ki, Oxatanları bu zaman uğur tərk edə bilər. Bu dövrdə mühüm müqavilələr və danışıqlar pozula bilər. Ehtiyatsızlıq ucbatından böyük miqdarda pul itirə bilər.

OĞLAQ


İki ildir ki, Oğlaqlar öz üzərində səma opponentlərinin - onlara himayədarlıq edən, xəyallar planeti olan Saturn və Neptunun təsirini tam hiss edirlər. Siz hələ 2005-ci ilin axırında qarşınıza qoyduğunuz məqsədlərin bir qisminə bu və ya digər dərəcədə çatmısınız. Yalnız 2006-cı ilin payızında planlaşdırdığınız layihələrin maddi bazasını yaratmaq qalıb. 2007-ci ildə Oğlaqları yeni iş və aramsız yeni gəlir mənbələrinin axtarışı gözləyir. Neptun Oğlaqları lazımsız və ifrat xərclərə şirnikləndirsə də, onun təsirinə qapılmağa dəyməz. Düşünülmüş qənaət və dəqiq planlaşdırma - budur Oğlaqların müvəffəqiyyətlərinin təminatı. İlin ilk iki-üç ayında Oğlaqlar keçən ilki ritmdə işləyəcəklər, lakin mart-aprel aylarında işgüzar münasibətlərinin mövcud modelinin köhnəlməyi və nəyi isə dəyişməyin vaxtı çatdığı məlum olacaq. İyun ayında bu o qədər aydın hiss olunacaq ki, Oğlaqlar qeyri-müəyyən müddətə öz məzuniyyətini və ev işlərini təxirə salacaq, karyeralarının yenidən qurulması ilə məşğul olacaqlar. Sentyabrın axırı-oktyabrın əvvəllərində keyfiyyətcə yeni vəzifə səviyyəsinə keçəcəksiniz. İşgüzar münasibətlər üçün münasib vaxt yanvar və avqust aylarıdır. İyunda ehtiyatlı olmaq məsləhətdir. Yazda və yayda səfərlərdən və ezamiyyətlərdən çəkinin. Qohumlarınızla şərikli pul, mülkiyyət üstündə ziddiyyətlər, məhkəmə çəkişmələri mümkündür. Lakin narahatlığa əsas yoxdur – Oğlaqlar, adətən, belə vəziyyətlərdən qalib ayrılırlar.

DOLÇA


2007-ci ildə çoxillik transformasiya dövrü başa çatır. 2006-cı ilin dekabrı yaradıcılıq eşqi ilə aşıb-daşan, qanadlanan və yeniləşən Dolçaların həyatlarının bütün sahələrinə dəyişikliklər gətirib. Bu dəyişiklikləri Dolçalar həm də ictimai istiqamətdə hiss edəcəklər. Siz yeni tipli siyasətçi və ideoloq ola bilərsiniz, iri bir kollektivə rəhbərlik edib və bu işdən əhəmiyyətli gəlir əldə edə bilərsiniz, sizə olduqca nüfuzlu bir şəxs himayədarlıq və ya imkanlı dostlar kömək edə bilər.
Dolçalar yeni, qeyri-adi üsulla pul qazanmaq imkanı əldə edəcəklər. Mart və noyabr ayları yeni gəlirli müqavilələrin bağlanması üçün ən münasib vaxtdır. Bu vaxt bütün işləri yenidən qurmaq və çatışmazlıqları ləğv etmək imkanı yaranacaq.
Ciddi çətinliklər avqustun axırında, yəni Marsla Yupiterin qarşıdurması zamanı yarana bilər.

BALIQLAR

 

Sona çatan 2006-cı il Balıqlardan onlara xoş olmayan möhkəmlik və qətiyyət tələb edirdisə, 2007-ci ildə Balıqlar xoş sürprizlə üzləşəcəklər - onları yenə də axın istiqamətində üzə biləcək və bu onları müvəffəqiyyətə və firavanlığa doğru aparacaq. Keçən ildə siz karyeranızda çox şeyə nail olmusunuz və 2007-ci ilin başlanğıcında əldə etdiyiniz nailiyyətləri və bilikləri möhkəmləndirmək üçün işləmək lazım olacaq. Sizin üçün ən uğurlu vaxt - fevral-mart aylarının anadan olduğunuz gündən əvvəlki iki həftəsi və sonrakı iki həftənin günləridir. Sizdə hamı tərəfindən tanınmaq həvəsi baş qaldıracaq, bu dövrdə bütün işləriniz və həyata keçirmək istədikləriniz uğurla nəticələnəcək. Lakin martdan sentyabra qədərki dövr sizin üçün çətin ola bilər – unutmaq lazım deyil ki, Balıqların himayədarı olan Neptun, onların karyera nailiyyətlərinə məsul olan sektorda yerləşən Saturnla münaqişədədir.
Sentyabrın əvvəllərində hər şey dəyişəcək və Balıqların yeni işgüzar nailiyyətləri dövrü başlayacaq.



Mənbə: APA-Economics


Baxılıb: 4945 dəfə Əlavə olunduğu tarix : 12 fevral 2007