Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Əqrəb bürcü

12 fevral - 18 fevral həftəsi üçün Əqrəb bürcünə proqnozlar


Bu həftə romantizmin, ailəcanlılığın yüksək həddə olduğu bir həftə keçirəcəksiniz. Bu hisslərinizdə dəyişikliklər göstərəcək. Bəzən isə özünüzü ifadə etmək üçün şişirdilmiş addımlar atacaqsınız. İstədiklərinizin qəbulunu da gözləyəcəksiniz. Daxilinizde böyük sevmə və sevilmə ehtiyacı duyacaqsınız. Bu bəlkə də bir insana bağlanmağınıza da mane ola bilər. Dalğalanan hissləriniz yaradıcılığınızla da toqquşa bilər. Bəzi anlarda konestrasyanızı qorumağınız çətinləşə bilər.

Həftə boyu əyləncəyə, yeniliyə və həyəcana olan meyliniz artacaq. Bunları öz həyatınızda yaşamaq istəyəcəksiniz. Həyatdan və onun kiçik oyunlarından hədsiz zövq alacaqsınız. Məhəbbəti də daha atəşli və alovlu yaşamaq istəyəcəksiniz. Eşqdə də ən yüksək hədəfə nail olmaq istəyəcəksiniz. Amma bu çılğınlıq sizə mane olmasın deyə ehtiyatlı olmalısınız. Söz-söhbətlərdən və mübahisələrdən uzaq olmağa çalışın. Sonda haqsız vəziyyətə siz düşə bilərsiniz.




Yazdı: Aysel


Baxılıb: 188 dəfə Əlavə olunduğu tarix : 12 fevral 2007