Xazar`ı Seçilmişlərə əlavə et 
Xazar`ı açılış səhifəsi et


Xazar xəritəsi:

Xazar Qoroskop

 

۝ Oxatan bürcü

5 fevral - 11 fevral həftəsi üçün Oxatan bürcünə proqnozlar


Bu həftə sizzə mane olan və tərəddüdlər keçirməyinizə səbəb olan enerjilərin təsiri altındasınız. Özünüzü küfsiz hiss edə bilərsiniz. Hər vəziyyət pozitiv fikirləşməyə çalışmağınıza baxmayaraq, bu həftə öz daxili aləminizdə inamsızlıq və uğursuzluğa düçar olma qorxusu hiss edə bilərsiniz. Özünüzə olan inamınıza mənfi təsir göstərəcək xəbərlər eşidə bilər və “bu işi bacarmayacam” deyərək ətrafdakıları təəccübləndirə bilərsiniz. Həmişəki şən əhvalınız bu həftə bir balaca itəcəkdir. Sizə olan qayğını və diqqətin daha da artmasını istəyəcəksiniz. Amma insanlarla məsafə saxlama xüsusiyyətnizə görə insanlar da sizin haqqınızda mənfi fikirləşə bilərlər.

Bu həftə yüz ölçüb bir bicirsiniz hər şeyi. Çox fikirləşmədən qərar verdiyiniz bir məsələ ilə bağlı problemlər qarşınıza çıxa bilər. Sizi günahlandıran və ya sizin dünahlandırdığınız insanlarla üz-üzə qala bilərsiniz. Siz olan təzyiq arta bilər. Əslində sizin kefinizi açmaq o qədər də çətin deyil amma sanki həftə boyu hamı bundan boyun qaçırır. Haqqınızda “özünüzdən razı” olduğunuz haqda söz-söhbətlər eşidə bilərsiniz. Səbrli olun, yadınızdan çıxarmayın ki, özünüzə olan güvəniniz hamının xoşuna gəlməyə bilər. Ətrafınızdakılarla bu barədə söhbət etməyə ehtiyac belə yoxdur. Siz özünü ələ almağı bacaran insansınız.



Yazdı: Aysel


Baxılıb: 170 dəfə Əlavə olunduğu tarix : 5 fevral 2007